İspaniyada Madrid və Əndəlüs arasında hərəkət edən iki sürətli sərnişin qatarının toqquşması nəticəsində 64 nəfərin öldüyü, çoxlu sayda insanın isə yaralandığı bildirilir.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, qatarlar Toledo şəhəri yaxınlığında toqquşub. 112 təcili yardım xidməti mənbələrinin məlumatına görə, toqquşma nəticəsində iki vaqon yamacdan aşağı yuvarlanıb.
Son məlumata görə, dəhşətli qəzada ölənlərin sayı 64-ə çatıb. Həyatını itirənlərlə yanaşı, çoxsaylı xəsarətlərlə nəticələnən qəza iki qatarda olan ümumilikdə 544 sərnişinə təsir göstərib.
Tahir TAĞIYEV