Amerika lideri Donald Tramp ABŞ dövlət katibi Marko Rubionu "problemi həll etmək" üçün paraşütlə Kubaya atmağı təklif edib.
"Bəlkə İranla işlərimizi bitirdikdən sonra, geri qayıdarkən Markonu paraşütlə Kubaya endirərik. Onu Kubanın tam ortasına endirərik və o, problemi iki dəqiqəyə həll edər" – deyə Tramp Texasda Respublikaçı tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Tramp ada ölkəsi ilə bağlı nəyi nəzərdə tutduğunu açıqlamayıb: "Kuba hamı kimi bizim istiqamətimizdə irəliləyir, çünki ölkəmizə yenidən hörmət edilir".
Tahir TAĞIYEV