Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, 30 il sonra Avroittifaqda üzv olaraq 40 dövlət, yəni dünya dövlətlərinin 20 faizi təmsil olunacaq. Üzvlüyün strukturu isə, bu gün olduğu kimi, ölkələr üzrə fərqli olacaq.
O deyib ki, o zaman hər kəs avronu valyuta kimi istifadə etməyəcək, lakin Aİ bu gün olduğundan xeyli böyük olacaq: “Şəxsən mən Qərbi Balkanların bütün ölkələrini, Ukrayna və Moldovanı onun daxilində görmək istərdim. Eyni zamanda, İslandiya, Norveç, İsveçrə və Birləşmiş Krallığı da orada görmək istərdim. Kanada ən azı assosiativ üzv olacaq.
Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan kimi digər ölkələrə gəldikdə isə, bu, onların gələcək inkişafından asılı olacaq", - deyə o qeyd edib.
Əli TURABOV