Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

Image


Qonşu Gürcüstanın siyasi həyatında yenidən olduqca gərgin bir atmosfer hökm sürür. Buna səbəb Gürcüstanın aparıcı müxalifət partiyalarının fəaliyyətinə son qoyulması məqsədilə Konstitusiya Məhkəməsində başladılan prosesdir. Sözügedən məhkəmə instansiyasına müvafiq müraciət hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası tərəfindən edilib. Baş verənlər həm Gürcüstan daxilində siyasi qarşıdurmanı kəskinləşdirir, həm də Qərblə Tiflis arasında münasibətləri daha gərgin mərhələyə daxil edir. Amma Gürcüstan hakimiyyəti barələrində iddia qaldırlılan partiyaların ölkəni təhlükə altında qoyduğunu əsas gətirirək, mövqeyindən geri çəkilmək niyyətində deyil. Müxaliflər isə partiyaların mövcudiyyətini davam etdirmək üçün bütün mübarizə vasitələrindən, o cümlədən də etiraz aksiyalarından istifadə edəcəklərini bildirirlər.

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan səksən səkkiz parlament üzvü beş müxalifət partiyasının konstitusiyaya zidd elan edilməsi və onların fəaliyyətlərinə son qoyulması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. İş üzrə artıq ilkin dinləmələr keçirilib. Konstitusiya Məhkəməsinin işə baxıb qərar vermək üçün doqquz ay vaxtı var. İşə baxan yeddi hakimdən dördünün lehinə qərar çıxarması partiyaları qadağan etmək üçün kifayət edir. “Gürcü Arzusu” aşağıdakı beş müxalifət partiyasının ləğv edilməsini tələb edir: “Birlik – Milli Hərəkat” 2002-ci ildə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən qurulan Vahid Milli Hərəkat partiyasının yeni adıdır. “Güclü Gürcüstan – Lelo” 2019-cu ildə tanınmış bankirlər Mamuka Xazaradze və Badri Caparidze tərəfindən təsis edilmiş bir partiyadır. “Dəyişiklik Uğrunda Koalisiya – Qvaramiya, Meliya, Qirçi, Droa” 2024-cü ildə Vahid Milli Hərəkatın keçmiş sədri Nika Meliya və “Rustavi 2”, “Mtavari Arxi” telekanallarının keçmiş baş direktoru Nika Qvaramiya tərəfindən təsis edilib. “Qaxariya – Gürcüstan Naminə” 2021-ci ildə hakim “Gürcü Arzusu” Partiyasının ən populyar baş nazirlərindən biri olan Giorgi Qaxariya tərəfindən təsis edilib. Ləğvi tələb olunan “Federalist” Partiyası isə Vahid Milli Hərəkatın əsas ideoloqlarından biri olan Giqa Bokeriya və onun həyat yoldaşı Tamar Çerqoleişvili tərəfindən qurulub. Bu partiyaların fəaliyyətinə son verilməsi Gürcüstanın siyasi həyatında tamamilə fərqli bir mənzərənin yaranması deməkdir və hakimiyyət bunu zəruri hesab edir. “Gürcü Arzusu” Partiyasından deputat David Matikaşvili qeyd edir: “Gürcü xalqı dövlətə və cəmiyyətə deyil, hökumətə qarşı çıxan müxalifətə layiqdir. Ləğvi tələb olunan müxalifət partiyalarına qarşı iddialarımız faktlar və sübutlarla tam şəkildə dəstəklənir və onun tam təmin edilməsi Gürcüstan Konstitusiyası və beynəlxalq təcrübə nəzərə alınmaqla əsaslandırılmış hüquqi qərar olardı. Əgər Almaniyada, Ukraynada və Moldovada konstitusiyaya zidd partiyanın qadağan edilməsi mümkündürsə və Avropa komissarları bunu demokratiyanın inkişafı kimi qiymətləndirir və tərifləyirlərsə, onda biz niyə bunu edə bilmərik?”. “Gürcü Arzusu” Partiyası iddia edir ki, ləğvi tələb edilən partiyalar siyasi fəaliyyətləri ilə Gürcüstan Konstitusiyasının iki bəndini pozublar. Bunlardan birincisi, Gürcüstanın konstitusiya quruluşunun devrilməsi və ya onun zorakılıqla dəyişdirilməsi ilə bağlıdır. Partiyalar 2004-2012-ci illər arasında insan haqlarının pozulmasında, eləcə də 2012-ci ildən bəri parlamentin işinə sabotaj cəhdlərində ittiham olunurlar. Sübut olaraq, “Gürcü Arzusu” həm partiyaların seçki nəticələrini tanımaqdan, həm də nəticə etibarilə dövlət instansiyalarında xidmətdən, o cümlədən də parlamentin işində iştirakdan imtina etməsini, eləcə də hökumətin devrilməsini tələb edən mitinqləri göstərir. İkinci məqam Gürcüstanın müstəqilliyinə qəsd və ölkənin ərazi bütövlüyünün pozulması ilə bağlıdır və onun əsaslandırılmasına 2008-ci il münaqişəsi ilə bağlı hadisələr və partiyaların 2022-ci ildən etibarən Rusiyaya qarşı ikinci cəbhə açmaq çağırışları da daxildir. Müxalifət isə iddiaların araxasında başqa məqsədlərin olduğunu bəyan edir. “Güclü Gürcüstan – Lelo” Partiyasının təmsilçisi Giorgi Sioridze bildirir: “Dünya bütün siyasi müxalifətin tək bir məhkəmə prosesində, tək bir mübahisədə birləşdiyi bir presedenti xatırlamır. İşimizin milyonlarla gürcüstanlını seçim hüququndan məhrum etdiyini nəzərə alsaq, bu, təkpartiyalı diktaturanı effektiv şəkildə legitimləşdirmək təhlükəsi yaradır. Konstitusiya Məhkəməsi Strasburq Məhkəməsindən məsləhət ala bilərdi, amma o bunu rədd etdi”.

Əgər beş müxalifət partiyası konstitusiyaya zidd elan edilərsə, onların qeydiyyatı ləğv ediləcək. Bundan əlavə, ləğv edilmiş partiyaların liderləri və üzvləri siyasi fəaliyyətdə iştirakla bağlı digər qanuni məhdudiyyətlərə məruz qala bilərlər. Gürcüstanda ümumilikdə 100-ə qədər siyasi partiya qeydiyyatdan keçib ki, onlardan 30-a qədəri siyasətdə fəal iştirak edir. Barələrində iddia qaldırılan partiyalar isə əsas müxalifət təmsilçiləridir. Onlar iddia edirlər ki, hakimiyyət 2028-ci il parlament seçkilərinə indidən hazırlıq görür və əsas rəqiblərini sıradan çıxarır. Bundan başqa, prosesin Rusiyadan qaynaqladığı barədə də iddialar səslənir. Müxalifət, tələb olunacağı təqdirdə, bu siyasətə qarşı geniş etiraz aksiyalarına başlamağa da hazır olduğunu bildirir. Gürcüstanlı politoloq Paata Zakareişvili bildirir: “Bundan əvvəl hakimiyyət vətəndaş sektorunu məhv edirdi, indi çoxpartiyalı sistemə keçiblər, sonra isə, yəqin ki, mediaya da təsir edəcəklər. Bu, klassik bir tendensiyadır. Bizim müxalifət indi daha aktiv olmalıdır, onlar bələdiyyə binalarında, parlamentdə, hər yerdə səs-küy salmalıdır. Əks halda, nəsil dəyişikliyini gözləməli olacağıq”. Bir çox Avropa ölkələri, eləcə də ATƏT, Avropa İttifaqı Gürcüstanda müxalif siyasi partiyaların ləğvi ilə bağlı addımlara sərt reaksiya veriblər. Onlar bildirir ki, bu hal Gürcüstanla Qərb arasında uçurumu daha da dərinləşdirir. Rəsmi Tiflis isə Qərbin iddiaları qəbul etmir, baş verənləri adi konstitusiya prosesi adlandırır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ