Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tender prosesini başa çatdırıb.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun sözlərinə görə, iş üzrə müqavilə sentyabrın 28-də imzalanıb.
İki ölkə arasında 4 may 2026-cı il tarixində imzalanmış protokola əsasən, bərpa işləri iki ölkənin birgə komissiyasının koordinasiyası ilə həyata keçiriləcək. Layihə Türkiyə Nəqliyyat Nazirliyinin və Avtomobil Yolları Baş İdarəsinin nümayəndələrinin daxil olduğu birgə komissiya tərəfindən həyata keçiriləcək.
Uraloğlu qeyd edib ki, X əsrdə İpək Yolu üzərində inşa edilmiş körpünün hazırda yalnız dayaq qalıqları mövcuddur. Uzunluğu 80, eni isə 8 metr olan tarixi tikilinin 31 metrlik tağ hissəsi 1807-ci ildə dağılıb. Nazirin sözlərinə görə, layihənin əsas məqsədi İpək Yolunun mühüm tarixi abidələrindən birini bərpa edərək gələcək nəsillərə ötürməkdir.
Tahir TAĞIYEV