şənbə günü, 24 oktyabr 2026
     

"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

Image


Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyi daha da möhkəmlənir. Bu reallıqlar bir daha təsdiqlədi ki, ədalətə və beynəlxalq hüquqa söykənən, qarşılıqlı etimad mühitinin qorunması əsasında formalaşan müstəqil siyasətin uğurları davamlı olur.

Ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanması dövlətlərarası münasibətlərdə qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və əldə olunan razılaşmalara sadiqliyə xüsusi önəm verdiyini təsdiqləyir. Azərbaycan bu prinsiplərə sadiqliyini yalnız bəyanatlarında deyil, konkret siyasi addımlarında və əməli fəaliyyətində təsdiqləyir. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarının Azərbaycana səfəri özündə mühüm məqamları ehtiva edir. Son illərdə ikitərəfli münasibətlərdə müəyyən fikir ayrılıqlarının mövcudluğu fonunda bu səfər tərəflər arasında təmasların davam etdirilməsinə, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və əməkdaşlıq imkanlarının yenidən nəzərdən keçirilməsinə verilən önəmi nümayiş etdirdi. Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarını qəbul etməsi Bakı ilə Yeni Dehli arasında siyasi əlaqələrin gələcək inkişafı baxımından mühüm addım kimi dəyərləndirilir. Keçirilən görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı. Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri, bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə edildi. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi qeyd edildi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Hindistanın xarici siyasət idarəsinin rəhbərinin Azərbaycana səfəri diplomatik münasibətlərin inkişafı ilə yanaşı, siyasi dialoqun yeni məzmunla zənginləşdirilməsi baxımından da imkan yaradır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin yalnız siyasi dialoqla məhdudlaşmadığı, iqtisadi və texnoloji tərəfdaşlıqla möhkəmləndiyi nəzərə alınarsa, belə görüşlərin əhəmiyyəti daha aydın görünür. Hindistanın xarici işlər nazirinin Azərbaycana Baş nazir Narendra Modinin tapşırığı ilə gəldiyini bildirməsi səfərin siyasi əhəmiyyətini ön plana çıxarır. Dövlət başçısı qəbul zamanı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin dəyişməz olan prinsiplərindən biri müxtəlif dövlətlərlə münasibətlərin milli maraqlar, suverenliyə hörmət və qarşılıqlı fayda prinsipləri əsasında qurulmasıdır. Hindistanla münasibətlərə də bu yanaşma tərəflərin ortaq maraqlarını müəyyənləşdirməsini, mövcud imkanlardan daha səmərəli istifadə etməyi və əməkdaşlığın praktik nəticələrini artırmağı şərtləndirir. Hindistanın Azərbaycanın ərazi bütövlüyünə, eləcə də sülh prosesinə verdiyi diplomatik dəstək münasibətlərdəki siyasi etimadı möhkəmləndirir. Qlobal Cənub təşəbbüsləri, iqlim dəyişikliyi, yaşıl enerji keçidi və rəqəmsallaşma sahəsində ortaq hədəflər Bakı və Yeni Dehli arasındakı strateji dialoqu gələcəkdə daha da dərinləşdirəcək potensiala malikdir.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan və Hindistan arasında əlaqələr, eyni zamanda, tarixi-mədəni əsaslara söykənir. Hər iki ölkə qədim sivilizasiya ənənələrinə, zəngin mədəni irsə və uzunmüddətli tarixi təmaslara malikdir. Əsrlər boyu ticarət yolları vasitəsilə formalaşmış əlaqələr xalqlar arasında mədəni mübadilənin inkişafına da təsir göstərib. Atəşgah Od Məbədi Azərbaycan və Hindistan xalqları arasındakı qədim tarixi-mədəni əlaqələrin və multikulturalizmin ən mühüm simvollarından biridir. Ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycan-Hindistan münasibətlərində enerji sektoru xüsusi yer tutur. Hindistanın “ONGC Videsh” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın konkret nəticələrindən biridir. Bu layihələr Hindistan şirkətlərinin Azərbaycanın enerji sektoruna marağını və tərəflərin uzunmüddətli iqtisadi əlaqələr qurmaq imkanlarını nümayiş etdirir. Eyni zamanda, enerji sahəsində formalaşmış təcrübə gələcəkdə digər iqtisadi istiqamətlər üzrə də tərəfdaşlığın genişləndirilməsi üçün əsas ola bilər. Azərbaycan-Hindistan münasibətlərinin gələcək perspektivləri ənənəvi iqtisadi sahələrlə məhdudlaşmır. Rəqəmsal texnologiyalar, proqram təminatı, elektron xidmətlər və innovasiya sahələri əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Hindistanın informasiya texnologiyaları sahəsində topladığı təcrübə Azərbaycanın rəqəmsal transformasiya və iqtisadiyyatın modernləşdirilməsi məqsədləri ilə uzlaşan istiqamətlərdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Bu sahədə mütəxəssis hazırlığı, texnologiya transferi, innovativ həllərin tətbiqi və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Vüqar Rəhimzadə qeyd edib ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarının azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə, birgə keçirdikləri mətbuat konfransında bütün bu məqamlara xüsusi diqqət yönəldildi. Hindistanın xarici işlər naziri bildirdi ki, ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə etdik. İqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqi gündəliyimizdə əsas yer tutur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında vurğuladı ki, bu ilin ilk altı ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 600 milyon ABŞ dolları təşkil edib. Təəssüf ki, bu göstərici ölkələrimizin potensialını əks etdirmir. Əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Bu sahədə bir sıra müvafiq qurumlar arasında əməkdaşlıq həyata keçirilir. Hazırda Azərbaycanda Hindistanın 1000-dən çox şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. O da qeyd edildi ki, Hindistan şirkətləri, o cümlədən əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələr dünyanın aparıcı istehsalçıları sırasında yer alır. Ölkəmizdə də tibbi ləvazimatlar, dərman vasitələri və digər tibbi məhsullar arasında Hindistan istehsalçılarının məhsulları geniş yayılıb və mühüm mövqeyə malikdir. Enerji, əczaçılıq, kompüter texnologiyaları, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Millət vəkili bildirib ki, beynəlxalq gündəlikdə baş verən dəyişikliklər də Azərbaycan və Hindistan arasında çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Belə ki, Qlobal Cənub ölkələrinin inkişaf prioritetləri ətrafında aparılan müzakirələr tərəflərin ortaq maraqlarını müəyyənləşdirmək və beynəlxalq platformalarda fikir mübadiləsini genişləndirmək baxımından əhəmiyyət kəsb edir. Ümumilikdə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarının Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf imkanlarını qiymətləndirmək baxımından əhəmiyyətli siyasi addımdır. Tərəflər qarşılıqlı hörmət və suverenlik prinsipləri yeni diplomatik və geoiqtisadi prioritetləri müəyyənləşdirdilər. Siyasi təmasların iqtisadi, texnoloji və humanitar sahələrdə konkret nəticələrlə möhkəmləndirilməsi Azərbaycan ilə Hindistan arasında münasibətlərin daha geniş məzmun qazanmasına və uzunmüddətli tərəfdaşlıq imkanlarının artmasına xidmət edəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ