ABŞ prezidenti Donald Tramp uzun sürən münaqişə və aralıq konqres seçkiləri ərəfəsində yanacaq qiymətlərinin artması fonunda İrana qarşı yeni hərbi əməliyyatın başlanmasına icazə verib.
"Biz daha bir kiçik "Epik Qəzəb" əməliyyatı keçirə bilərik” – deyən Tramp əlavə məlumat verməyib.
Bundan əvvəlində Tramp Vaşinqtonun müharibəni tez bir zamanda bitirə biləcəyini desə də, münaqişəyə tez bir zamanda son qoymağa çalışmalı, yoxsa onun sönməsinə icazə verməli olub-olmadığını soruşub.
Son aylarda ABŞ prezidenti müharibənin bitməsi üçün dəfələrlə bəyan etdiyi məqsədləri və son tarixləri dəyişdirib. Oktyabrın əvvəlində o, ABŞ-ın Konqresə hansı partiyanın nəzarət etdiyini müəyyən edəcək ara seçkilərdən sonraya qədər İrana zərbə endirməyəcəyini bildirib.
Tahir TAĞIYEV