Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qara dənizdə göyərtəsində Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu mülki gəminin vurulmasını pisləyən bəyanatla çıxış edib.
Bu barədə o rəsmi “X” səhifəsində yazıb.
“Rusiyanın Qara dənizdə növbəti eskalasiyasından ciddi narahatam. Bu məsuliyyətsiz hücumlar günahsız insanlara qarşı yönəlib və beynəlxalq hüququ açıq şəkildə pozur”, – deyə fon der Lyayen bildirb.
O, eyni zamanda həlak olan dənizçinin yaxınlarına da başsağlığı verib. Onun sözlərinə görə, gəminin daha üç heyət üzvü itkin düşmüş hesab olunur.