Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalanmasının mümkün olduğunu deyib.
O, 2031-ci ildə sülh müqaviləsi imzalanacağını dediyi iddialarını təkzib edib. "Mən '2031-ci ilə qədər' dedim", - deyə o, seçkilərdən sonrakı müddətinin beş il olduğunu nəzərdə tutduğunu bildirib.
“Mən demişdim ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ildən əvvəl imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - deyə Paşinyan jurnalistlərə bildirib.
Paşinyan oktyabrın 15-də keçirilən hökumət iclasında bildirib ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ilə qədər imzalanmalı və təsdiqlənməlidir.