Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml hələ Ermənistanla bağlı Avrasiya İqtisadi İttifaqı Müqaviləsinin dayandırılmasının mümkün nəticələri barədə hesabatı nəzərdən keçirməyib.
Qeyd edək ki, çərşənbə axşamı Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan olan Avrasiya Hökumətlərarası Şurasının üzvləri Ermənistanla bağlı Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim ediblər.
"Xeyr, nəzərdən keçirməmişik", - deyə Peskov RİA Novostinin Kremlin hesabatı nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualına cavab olaraq bildirib.
Tahir TAĞIYEV