ABŞ prezidenti Donald Tramp iddia edirib ki, münaqişənin əvvəlində Rusiya qoşunları Kiyevə avtomobil yolu ilə bir neçə saata çata bilərdi, ancaq komandanlıq torpaq yolla irəliləməyə qərar verib və nəticədə texnikalar palçığa batıb.
"Rusların beton magistral yolda hərəkət edən min tankı vardı. Tanklar maksimum sürətlə, yəni saatda təxminən saatda 77 km sürətlə dörd saata Ukraynaya çatardı. Heç nə onları dayandıra bilməzdi. Müharibə bir günə bitərdi", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, adını çəkmədiyi rusiyalı general magistral yolla davam etmək əvəzinə kənd təsərrüfatı torpaqlarına çıxmaq və sonra Kiyevə tərəf dönmək qərarına gəlib.
"Bu, tamamilə axmaq bir qərar idi. Bu generalın kim olduğunu bilmirəm. Onun hələ də xidmət etdiyinə şübhə edirəm. Hətta, onun sağ olduğuna belə şübhə edirəm", - deyə Amerika prezidenti bildirib.
Tramp əlavə edib ki, əgər Rusiya qoşunları magistral yoldan istifadə etsəydilər, üç saat yarıma-dörd saata Kiyevə çata və müharibəni bitirə bilərdilər. Lakin o, yoldan çıxdıqdan sonra tankların palçığa ilişib qaldığını iddia edib.
Tahir TAĞIYEV