"The Atlantic" qəzeti mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın böyük oğlu atasına İranla müharibənin, seçki kampaniyası zamanı verdiyi, Yaxın Şərqdə yeni münaqişələrin qarşısını almaq vədlərinə zidd olduğunu deyib.
Məlumata görə, dövlət başçısının oğlu münaqişəyə qarşı çıxır, narahatlıqlarını birbaşa atasına bildirir, lakin onu açıq şəkildə tənqid etməkdən imtina edir.
Bundan əlavə, nəşr qeyd edir ki, fevral ayında ABŞ vitse-prezidenti Vens İsrailin kampaniyaya qoşulması məsələsi müzakirə edilərkən hərbi əməliyyatların başlanmasına qarşı çıxıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff və dövlət katibi Marko Rubio da daxil olmaqla, digərləri İsrailin Baş naziri Netanyahunun fevral ayında Tehrana qarşı əməliyyatın real ola biləcəyi ilə bağlı açıqlamalarına şübhə ilə yanaşıblar.
Tədqiqat Mərkəzi tərəfindən oktyabr ayında aparılan bir sorğu göstərir ki, amerikalıların 65%-i Trampın İrandakı münaqişəni həll üsulundan narazıdır. Amerikalıların təxminən yarısı münaqişənin bir ildən çox davam edəcəyini göstərir ki, bu da Vaşinqton administrasiyasının ilkin dörd-altı həftəlik proqnozlarını xeyli üstələyəcəyir. Aralıq seçkilərdən əvvəl dizel yanacağının qiymətləri kəskin şəkildə artıb və bu da adi amerikalılar arasında şiddətli narazılığa səbəb olub. Respublikaçı namizədlər isə partiya yoldaşlarının müharibə səylərini müdafiə etməyə məcbur olurlar.
Tahir TAĞIYEV