İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, məktəblərdə hicab taxmağa qoyulan qadağa fonunda Azərbaycan xalqı öz dini əqidəsini necə qoruyub saxlayacağını özü müəyyən etməlidir. Onun sözlərinə görə, Tehran bu məsələnin ictimaiyyət ilə ölkə hakimiyyəti arasında dialoq yolu ilə həll olunacağına ümid edir. "Azərbaycan xalqı yetərincə dərrakəyə və şüura malikdir; onların öz əqidə və inanclarını qorumaları böyük əhəmiyyət kəsb edir. Onlar öz mövqelərini hakimiyyətə necə çatdıracaqlarına dair qərarı özləri verə bilərlər. Ümid edirik ki, yaxşı münasibətlərə malik olduğumuz bu ölkədə məsələ qarşılıqlı anlaşma yolu ilə həllini tapacaq"- o deyib.
Maraqlıdır, Bəqayinin öz ölkəsində insan haqları ilə bağlı məsələlər nə zamandan dövlətlə ictimaiyyət arasında dialoq yolu ilə həll olunub? Bu həmin İran deyilmi ən doğal insani haqqını müdafiə etmək istəyən gənc övladlarıni meydanlarda edam etdirən, insanların gözü önündə dara çəkdirən? Yoxsa bu ölkənin başbilənləri özlərini dəvəquşu zənn edirlər?
Bu yerdə deyiblər: utanmasan oynamağa nə var ki?..
SAMİRƏ