Cümə günü, 16 oktyabr 2026
     

Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

Image


Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan Azərbaycanın dövlət məktəblərində hicabla bağlı müzakirələrə münasibət bildirərək, Prezident İlham Əliyevə və ölkə rəhbərliyinə müraciət edib. O, 14 oktyabr 2026-cı il tarixli açıqlamasında Azərbaycanda hicablı şagirdlərin məktəblərə buraxılmadığına dair xəbərləri tənqid edib və hətta Ermənistandakı məktəblərdə hicaba icazə verildiyini iddia edib. Ərbakan bu müqayisədən istifadə edərək, Azərbaycan rəhbərliyini mövcud yanaşmadan imtina etməyə çağırıb.

Lakin burada diqqətçəkən məqam türkiyəli siyasətçinin Azərbaycanın daxili məsələsi ilə bağlı emosional və müqayisəli bəyanat verməsi, eyni zamanda, məktəbli geyimləri ilə bağlı normativ tələblərin mahiyyətinin müzakirə predmetinə çevrilməsidir. Sentyabrın 21-də qəbul edilmiş 309 nömrəli Nazirlər Kabineti qərarında hicab birbaşa qadağan olunmasa da, yeni məktəbli geyim qaydaları ətrafında mübahisələr yaranıb.

Bu kontekstdə suallar yaranır: Fatih Ərbakanın Azərbaycan Prezidentinə bu formada müraciət etməsi diplomatik və siyasi etika baxımından nə dərəcədə düzgündür? Türkiyəli siyasətçinin Ermənistanla müqayisə apararaq Azərbaycanı tənqid etməsi hansı siyasi məqsədlərə xidmət edə bilər? Azərbaycanda məktəbli geyimləri ilə bağlı qərarın mahiyyəti və hicab məsələsi ictimaiyyətə niyə daha aydın izah olunmalıdır? Türkiyəli siyasətçilərin Azərbaycanın daxili məsələləri ilə bağlı bu cür bəyanatları iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?

Fazil Mustafa: “Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə sadiqliyi Türkiyədəki bəzi siyasi çevrələrdən daha ardıcıldır”

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin bəzi siyasi partiya rəhbərlərinin eyni vaxtda Azərbaycana qardaşlıq münasibətlərinin necə qurulmalı olduğuna dair tövsiyələr verməsi səmimi təsir bağışlamır. Onun sözlərinə görə, Azərbaycanın daxili məsələsinin hicab mövzusu üzərindən təqdim edilməsi müəyyən siyasi niyyətlərin pərdələnməsinə xidmət edə bilər.

Deputat qeyd edib ki, Türkiyədə son dövrlər müşahidə olunan hadisələr fonunda dini-təriqətçi düşüncənin ictimai-siyasi proseslərə təsiri diqqət çəkir. Onun fikrincə, bəzi siyasi fiqurların arxasında müəyyən dini cərəyanların dayanması ehtimalı mövcuddur və dini yanaşmaların siyasi münasibətlərə mexaniki şəkildə köçürülməsi ciddi problemlər yaradır.

Fazil Mustafa hesab edir ki, Fatih Ərbakanın Azərbaycan Prezidentinə müraciət edərkən seçdiyi üslub dövlətlərarası münasibətlərin etik prinsipləri baxımından düzgün deyil. O bildirib ki, hər hansı ölkədə tətbiq edilən qaydaları bəyənməmək həmin dövlətin daxili işlərinə bu formada müdaxilə etməyə əsas vermir. Belə yanaşmalar qarşılıqlı müdaxilələrə yol aça və münasibətlərin mürəkkəbləşməsinə səbəb ola bilər.

Deputatın sözlərinə görə, burada əsas məsələ hicaba münasibətdən daha geniş məna daşıyır. Söhbət dini inancın siyasi məqsədlər üçün istifadə edilməsindən və dövlət idarəçiliyinin ideoloji mübarizə predmetinə çevrilməsindən gedir. O vurğulayıb ki, dini dəyərlərin siyasi hakimiyyət uğrunda mübarizəyə alət edilməsi cəmiyyət üzərində təsir və üstünlük qazanmaq məqsədlərinə xidmət edə bilər.

Fazil Mustafa Azərbaycanın dünyəvi dövlətçilik prinsipinə sadiqliyini xüsusi vurğulayaraq bildirib ki, dövlət idarəçiliyinin dünyəvi əsaslarla qurulması dinə qarşı münasibət kimi qiymətləndirilməməlidir. Onun fikrincə, dini inanc insanın vicdanı və mənəvi dünyası ilə bağlıdır, dövlət isə dünyəvi hüquq və idarəçilik prinsipləri əsasında fəaliyyət göstərməlidir. Bu baxımdan, dövlətin dünyəvi xarakterinin və ictimai təhlükəsizliyin qorunması üçün tətbiq olunan hüquqi məhdudiyyətlər qanunçuluq və mütənasiblik prinsiplərinə uyğun olmalıdır.

Deputat əlavə edib ki, Azərbaycanın mövqeyini ayrı-ayrı siyasətçilərin açıqlamaları əsasında Türkiyə ilə münasibətlərə qarşı qoymaq düzgün deyil. Azərbaycanla Türkiyə arasındakı əlaqələr yalnız dövlət rəhbərlərinin münasibətlərindən ibarət deyil, iki qardaş xalqın tarixi və mənəvi bağlılığına əsaslanır. Buna görə də ayrı-ayrı siyasi fiqurların bəyanatları bu münasibətləri sarsıda bilməz.

Fazil Mustafanın qənaətinə görə, dini mövzuların siyasi populizm vasitəsinə çevrilməsi həm cəmiyyət daxilində, həm də dövlətlərarası münasibətlərdə arzuolunmaz nəticələr doğura bilər. O hesab edir ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hörmətin qorunması üçün hər iki tərəfdə siyasi bəyanatlar verilərkən dövlətlərin suverenliyinə və daxili məsələlərinə hörmət prinsipi əsas götürülməlidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ