Rusiya və Monqolustan 2027-2031-ci illər üçün hərbi sahədə strateji tərəfdaşlıq planı imzalayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Rusiya müdafiə nazirinin müavini Vasili Osmakov Monqolustana işgüzar səfər edərək, monqolustanlı həmkarı general-mayor Daştsedengiin Baasandamba ilə ikitərəfli görüş keçirib. “Görüş nəticəsində tərəflər iki ölkənin müdafiə idarələri arasında qarşılıqlı fəaliyyətə sistemli və uzunmüddətli xarakter vermək məqsədi daşıyan 2027-2031-ci illər üçün Rusiya-Monqolustan hərbi sahədə strateji tərəfdaşlıq planını imzalayıblar”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
SAMİRƏ