ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner qapalı sülh danışıqları zamanı Ukraynanın NATO-ya üzv olması qarşılığında Rusiyaya ərazi güzəştə gedilməsi ideyasını irəli sürüb. "The Wall Street Journal" qəzetinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın nümayəndələri Kiyev və Avropa paytaxtlarındakı rəsmi şəxslərlə elə bir razılaşma barədə fikir mübadiləsi aparırlar ki, bu, ABŞ-ın uzunmüddətli siyasətini kökündən dəyişə bilər, eyni zamanda Moskvanın öz istəklərinə də ziddir. Qəzet yazır ki, Kuşnerin təklifi həm ABŞ-ın mövcud siyasətinə, həm də Rusiyanın istəklərinə ziddir. 2025-ci ilin əvvəllərində prezident Trampın özü Ukraynanın NATO-ya üzvlüyünü istisna etmiş və bunu Moskva üçün qəbuledilməz adlandırmışdı.
SAMİRƏ