Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Çinin Şencen şəhərində ikitərəfli danışıqlar olub. Görüş bir saatdan az davam edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar APEC sammitinin plenar iclasından sonra Şencen Beynəlxalq Mübadilə Mərkəzində baş tutub. Bu, iki liderin 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra ilk ikitərəfli görüşüdür.
Görüşün açıq hissəsində Tramp Putinlə uzun illərdir yaxşı münasibətlərinin olduğunu bildirib və danışıqların müsbət nəticə verəcəyinə ümid etdiyini deyib. O, həmçinin Çin lideri Si Cinpinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsini gözlədiyini vurğulayıb.
Görüşdə hər iki ölkənin yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər nazirləri Sergey Lavrov və Marko Rubio da iştirak ediblər.
Tahir TAĞIYEV