Azərbaycanda rəsmi dilerlər tərəfindən ikinci əl avtomobillərin satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
Bu, Milli Məclisdə birinci oxunuşda qəbul edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Təklifə əsasən, istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilən ikinci əl avtomobillərin rəsmi dilerlər tərəfindən satışı zamanı 3 il müddətinə ƏDV avtomobilin ümumi satış qiymətindən deyil, ticarət əlavəsindən hesablanacaq.
Dəyişikliyin məqsədi rəsmi dilerlərin vergi yükünü azaltmaq, ikinci əl avtomobil bazarında qiymət artımının qarşısını almaq, rəqabət qabiliyyətini artırmaq və satışların şəffaflığını təmin etməkdir.
Tahir TAĞIYEV