Enerji təchizatına verdiyi dəstəyə görə, Azərbaycana təşəkkür edirik. Bu, Avropada sabitliyin qorunmasına töhfədir.
Bu sözləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Avropa və Mərkəzi Asiya ilə münasibətlərin qurulması baxımından Azərbaycanın Avropa üçün çox önəmli tərəfdaş olduğunu vurğulayıb. "Əlaqələr Orta Dəhlizdən əlavə, həm dəmir yolu, həm də avtomobil yolları bağlantıları ilə özünü göstərir. Burada, həmçinin elektrik sahəsində, xüsusilə də rəqəmsal bağlantıların irəli aparılması nöqteyi-nəzərindən böyük imkanlar mövcuddur. Biz həm Cənubi Qafqaz, həm də Mərkəzi Avropa ölkələri üçün böyük imkanlar görürük və bunun üzərində də intensiv şəkildə işləmək istəyirik", - deyə almaniyalı nazir qeyd edib.