Sifarişlərin çatdırılması və kuryer fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş vergi tətbiq ediləcək.
Bu, Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.
Təklifə əsasən, muzdlu işçi cəlb etmədən sifarişlərin çatdırılması və kuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, aylıq 15 manat sabit vergi ödəyəcəklər.
Dəyişikliyin məqsədi kuryerlərin vergi öhdəliklərini sadələşdirmək, inzibati yükü azaltmaq və qeyri-rəsmi fəaliyyət göstərən şəxslərin rəsmi fəaliyyətə keçidini təşviq etməkdir.
Tahir TAĞIYEV