ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ayrıca ikitərəfli görüş keçirmək istədiyini açıqlayıb. Bununla belə, belə bir görüşün keçirilməsi ilə bağlı hələlik konkret razılaşma yoxdur.
TASS-ın məlumatına görə, Tramp Manilada Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində keçiriləcək danışıqlar öncəsi jurnalistin Putinlə ayrıca görüşün mümkünlüyü barədə sualını cavablandırıb.
“Bilmirəm, amma belə bir imkan yaranarsa, bunu edərdim”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Rusiya, Çin və ABŞ prezidentləri Vladimir Putin, Si Cinpin və Donald Trampın noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəkləri bildirilib. Sammit noyabrın 18-19-da baş tutacaq.
Tahir TAĞIYEV