çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

Image


Abutalıb Səmədov: “Rusiya tərəfi onların danışıqlara qoşulmasına razılıq verib”

Ukrayna prezidenti Vlodomir Zelenski bildirib ki, Aİ tərəfindən seçilmiş danışıqlar qrupu ilk dəfə olaraq Ukrayna danışıqlarına qoşulub. Qrupa Almaniya, Fransa, Birləşmiş Krallıq, İtaliya, Polşa, Avropa Komissiyası, Avropa Şurası və NATO nümayəndələri daxildir.

Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Avropa Komissiyası, Avropa Şurası və NATO-dan olan nümayəndələr Rusiya ilə danışıqlar üçün əvvəllər seçilmiş komandanın tərkibində Ukrayna hökuməti ilə ABŞ arasında sülh danışıqlarında ilk dəfə iştirak etdilər. Vlodomir Zelenski bunu 16 noyabr bazar ertəsi günü xalqa video müraciətində açıqlayıb.

"Diplomatik səylər fəal şəkildə davam edir və ümid edirik ki, onlar boşa çıxmayacaq. Komandamız mümkün qədər konstruktiv işləyir. Bizə müharibənin ləyaqətlə son qoyulması və Ukrayna üçün təhlükəsizlik zəmanətləri lazımdır", - deyə Zelenski bildirib.

Məsləhətləşmələrdə ABŞ-ı Stiv Uitkov və Cared Kuşner təmsil ediblər. Müzakirələr onlayn keçirilib; komandalar 19 noyabrda Berlində "könüllülər koalisiyası"nın bir hissəsi olaraq şəxsən görüşəcəklər. Zelenskinin sözlərinə görə, müzakirə çətin keçib, lakin Almaniya paytaxtında ölkələrin nümayəndələrinin "danışıqlar prosesində konkret birgə addımlar" hazırlaya biləcəkləri gözlənilir.

Bir neçə gün əvvəl Aİ liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün gələcək danışıqlarda Avropanı kimin təmsil edəcəyi barədə razılığa gəldilər. Danışıqlar qrupuna Aİ qurumlarının və beş Avropa ölkəsinin nümayəndələri daxil idi.

ABŞ Prezidenti Donald Trampın kürəkəni, Donald Trampın özünün danışıqçılarından biri təyin etdiyi Cared Kuşner üçtərəfli müzakirələri təsdiqləyib. Kuşnerin sözlərinə görə, onlayn məsləhətləşmələr zamanı Avropa ölkələri milli təhlükəsizlik üzrə müşavirləri ilə təmsil olunub.

Kuşner qeyd edib ki, həmin gün Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla danışıb. O, bunun Ukrayna və Avropa ilə danışıqlardan əvvəl və ya sonra olub-olmadığını dəqiqləşdirməyib.

"Biz Avropa və Rusiya arasında birbaşa dialoq qurmağın yollarını müzakirə etdik - son dörd ildə demək olar ki, olmayan qarşılıqlı əlaqə. Avropa üçün daha sabit və təhlükəsiz bir gələcək yaratmaq üçün çalışarkən hər iki tərəfin bir-birinin narahatlıqlarını və təkliflərini birbaşa eşitməsi vacibdir", - Trampın kürəkəni X sosial media platformasında yazıb.

Kuşnerin sözlərinə görə, danışıqlar zamanı üç əsas müzakirə sahəsi ortaya çıxıb: Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri, onun AB üzvlüyünə aparan yol və ölkənin Rusiyanın başlatdığı müharibədən qurtulması. Amerikalı danışıqçı qeyd edib ki, "İctimai məkan tez-tez tərəflər arasındakı fikir ayrılıqlarına diqqət yetirsə də, pərdəarxası ciddi müzakirələrdən müsbət və konstruktiv fikirlər ortaya çıxmağa davam edir".

Putinin köməkçisi Yuri Uşakov 16 noyabrda bildirib ki, Rusiya hələlik Avropa nümayəndələrini danışıqlar prosesinin iştirakçısı hesab etmir. Uşakov Kremldə jurnalistlərlə görüşdə bu barədə verilən suala cavab olaraq deyib: "Kimsə formatın genişləndirilməsindən danışır, amma bu, bizimlə müzakirə olunmayıb".

Uşakovun sözlərinə görə, "Avropanın danışıqlarda iştirakı məsələsi" yalnız "avropalılardan əslində nə istədikləri və hansı konstruktiv və əsaslı həllər təklif edə biləcəkləri barədə aydın bir siqnal aldıqda" qaldırıla bilər. Rusiya prezidentinin köməkçisi qeyd edib ki, bundan əvvəl ABŞ, Ukrayna və Rusiya daha bir neçə raund üçtərəfli danışıqlar keçirə bilər.

Uitkov və Kuşner 12 noyabrda Putinlə görüşdükdən sonra Moskvanın Avropanın danışıqlarda iştirakına heç bir etirazı olmadığını açıqlayıblar. Rusiya prezidenti özü o zaman bildirib ki, "heç vaxt Avropa ilə dialoqa qarşı olmayıb".

Məlum olduğu kimi, ilk dəfə olaraq Avropa nümayəndələri-5 dövlət, 3 beynəlxalq təşkilat Ukrayna-Rusiya-ABŞ danışıqlarına tərəf kimi qatılıb.

Bu nəyi dəyişəcək? Ukraynanın hüquqlarının danışıqlar masasında müdafiəsində nə kimi rol oynayacaq?

Putinin köməkçisi Uşakov isə deyir ki, Avropanın danışıqlara qatılmasına biz hələ razılıq verməmişik. Deyib ki, Avropa gərək əvvəlcə bizi inandırsın ki, o danışıqlarda konstruktiv olacaq, pozuculuq etməyəcək. Rusiyanın bu davranışı nədir? Bir tərəfdən deyilir ki, Avropa nümayəndələri danışıqlara qoşulub, o biri tərəfdən Rusiya bunu inkar edir. Buradakı ziddiyyət nədir?

Bəzi ekspertlər hesab edir ki, mövcud fikir ayrılığı ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Moskva səfərindən sonra verdiyi bəyanatlarla Kremlin mövqeyi arasındakı fərqdən qaynaqlanır.

ABŞ nümayəndələri noyabrın 12-də Vladimir Putinlə görüşdən sonra Rusiyanın növbəti raundda Avropanın danışıqlara qoşulmasına etiraz etmədiyini açıqlayıblar. Bunun ardınca Avropa İttifaqı 5 əsas hərbi güc (Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa) və 3 qurumdan (Aİ institutları və NATO) ibarət ortaq heyət formalaşdıraraq ABŞ və Ukrayna ilə müzakirələrə başlayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov formatın genişləndirilməsinin Moskva ilə razılaşdırılmadığını bildirib. Kremlin sözlərinə görə, hələlik yalnız Rusiya-Ukrayna-ABŞ üçtərəfli formatında daha bir və ya bir neçə raund keçirilməlidir.

Kremlin Avropanı masaya buraxmaq istəməməsi və şərtlər irəli sürməsi bir neçə taktiki məqsədə xidmət edir:

Ekspertlərə görə, Moskva hesab edir ki, Vaşinqtonla ikitərəfli və ya Ukraynanın da olduğu üçtərəfli formatda razılığa gəlmək daha asandır. Avropanın, xüsusilə də Rusiya ilə kəskin mövqedə olan Böyük Britaniya və Polşanın masaya oturması Rusiyanın maksimalist tələblərini qəbul etdirməsini çətinləşdirir.

Uşakovun "Avropa konstruktiv olacağını sübut etməlidir" tələbi əslində ilkin şərtdir. Rusiya bu yolla Avropa ölkələrini Ukraynaya hərbi yardımları azaltmağa və ya öz təhlükəsizlik tələblərini (məsələn, NATO infrastrukturunun geri çəkilməsini) qəbul etməyə məcbur etməyə çalışır.

BBC News məlumatına görə, Rusiya əvvəlcə qlobal "Avropa təhlükəsizlik arxitekturası"nı müzakirə etmək istəyir, Avropa və Ukrayna isə ilk növbədə atəşkəsin və müharibənin dayandırılmasının vacibliyini bildirir. Rusiya Avropanı kənarda saxlamaqla gündəliyi öz maraqlarına uyğun formalaşdırmağa çalışır.

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov isə baki-xeber.com-a bildirdi ki, Avropa nümayəndələri hələlik danışıqlar prosesində birbaşa iştirak etməyiblər. “Rusiya tərəfi onların danışıqlara qoşulmasına razılıq verib. Ehtimal olunur ki, bu həftənin sonunda keçirilməsi planlaşdırılan görüşlərdə Avropa nümayəndələri də iştirak etsinlər. Lakin indiyədək onların iştirakı ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılmayıb. Əbu-Dabi görüşləri çərçivəsində Avropa nümayəndələri yalnız Ukrayna tərəfi ilə ABŞ-ın vasitəçiliyi əsasında görüşüblər.

Burada diqqətçəkən əsas məsələ Rusiyanın Avropa nümayəndələrinin danışıqlara qoşulmasına niyə razılıq verməsidir.

Əslində, Ankoric formulunun pozulmasında Avropanın mövqeyi mühüm rol oynadı. Əgər Avropa Zelenskinin mövqeyini dəstəkləyərək həmin formulu qəbul etməməkdə bu qədər israr etməsəydi, ola bilsin ki, Ukrayna Prezidenti ABŞ-ın təzyiqləri qarşısında indiki mövqeyini qorumaqda çətinlik çəkərdi.

Bu baxımdan Putin Moskvada Trampın nümayəndələri ilə görüşündə Avropaya təzyiq göstərilməsinin və onun daha konstruktiv mövqe tutmasının vacibliyini açıq şəkildə ifadə etmişdi.

İndi isə Rusiya Avropa nümayəndələrinin danışıqlara qoşulmasına razılıq veribsə, deməli, bu qərarın arxasında müəyyən siyasi razılaşmaların və ya qarşılıqlı vədlərin olması ehtimalı var. Bəs Moskvaya nə vəd edilib? Avropalılar Trampın nümayəndələrindən Rusiya tərəfinə hansı mesajları çatdırmağı xahiş ediblər? Hələlik bu sualların cavabı məlum deyil. Yəqin ki, həftənin sonunda keçirilməsi gözlənilən danışıqlar müəyyən məqamlara aydınlıq gətirəcək.

Avropa nümayəndələrinin danışıqlarda iştirak etməsi prosesə nə verəcək?

Məncə, bu, danışıqlar mexanizmini müəyyən qədər sadələşdirə bilər. Çünki indiyədək Ukrayna və Rusiya nümayəndələri ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparır, daha sonra Ukrayna və ABŞ nümayəndələri Avropa tərəfi ilə ayrıca məsləhətləşmələr keçirirdilər. İndi isə bütün tərəflərin eyni masa ətrafında toplaşması qərarların müzakirəsini və mümkün razılaşmaların əldə olunmasını asanlaşdıra bilər.

Ancaq burada başqa bir mühüm məqam da var: Avropa artıq müharibənin uzanmasından ciddi şəkildə yorulub. Bir sıra Avropa ölkələrində Ukraynaya maliyyə və hərbi dəstəyin davam etdirilməsinə qarşı narazılıq artır. Polşa və Bolqarıstanda bu istiqamətdə fərqli siyasi mövqelər və çağırışlar artıq özünü göstərir. Digər Avropa dövlətlərinin də iqtisadi və siyasi vəziyyəti heç də ürəkaçan deyil.

Üstəlik, Fransada qarşıdan gələn seçkilər Avropanın siyasi mənzərəsinə təsir göstərə bilər. Rusiyaya daha yaxın mövqedə dayanan siyasi qüvvələrin güclənməsi ehtimalı da Avropa rəhbərliyini narahat edən amillərdəndir. Bütün bunlar Avropanın müharibənin mümkün qədər tez başa çatmasında marağını artırır”.

A.Səmədovun fikrincə, buna görə də Avropa tərəfinin əvvəlki mövqeyindən müəyyən qədər fərqli, daha praqmatik və konstruktiv yanaşma nümayiş etdirməsi mümkündür.

“Hər halda, Rusiya-Ukrayna müharibəsinin başa çatmasında maraqlı olan əsas tərəflərin danışıqlar masası ətrafında bir araya gəlməsi müsbət məqamdır. Bu, mövqelərin uzlaşdırılmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına və mümkün kompromislərin tapılmasına şərait yarada bilər.

Ümid edək ki, bu həftədən etibarən Rusiya-Ukrayna danışıqları daha konstruktiv məcrada davam edəcək və müharibənin başa çatdırılması istiqamətində real nəticələr əldə olunacaq”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ