Serbiyada Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli olan "Atlantic Incubation Partners LLC" şirkəti ilə müqavilə rəsmi olaraq ləğv edilib.
Məhz bu qurum Serbiya ilə bağlanmış investisiya sazişinin birbaşa tərəfi idi. Serbiya Radio və Televiziyasının (RTS) məlumatına görə, müqavilənin ləğvi prosesi yekun mərhələdədir. Tikinti Nazirliyi telekanala təsdiqləyib ki, hökumət müqaviləni ləğv etmək qərarını hələ avqust ayında qəbul edib. Müqavilənin ləğvi ilə bağlı rəsmi sənəd imzalandıqdan sonra hər iki tərəf bir-birinə qarşı hər hansı iddialardan imtina edəcək. Bildirilir ki, ləğv prosesinin rəsmi olaraq gələn həftənin əvvəlində tamamlanması gözlənilir.
SAMİRƏ