İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən iki neft tankerinin dəniz minalarına düşərək partladığını iddia edib.
İranın “Tasnim” agentliyinin SEPAH-ın açıqlamasına istinadən verdiyi məlumata görə, bir neçə saat əvvəl cənub marşrutu ilə qanunsuz keçməyə cəhd edən iki neft tankeri dəniz minalarına düşüb.
Açıqlamada bildirilir ki, partlayışlar nəticəsində Hörmüz boğazının səması bir neçə saat ərzində güclü partlayışların işığı ilə aydınlanıb.
İran hərbçilərinin iddiasına görə, tankerlərdə baş verən partlayışlar nəticəsində yaranan çirklənmə Hörmüz boğazının sularına yayılıb.
Hadisə zamanı tankerlərin heyət üzvlərinin vəziyyəti və mümkün itkilər barədə məlumat verilməyib.
Tahir TAĞIYEV