Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Aleksey Reznikov barəsində qiyabi həbs qərarı çıxarıb. O, Donbasda mülki əhaliyə qarşı cəza əməliyyatlarında iştirakda ittiham olunur. Bu barədə “RİA Novosti” agentliyi məhkəmə materiallarına istinadən məlumat verilib.
Rusiya İstintaq Komitəsi daha əvvəl Donbasın mülki əhalisinə qarşı amansız rəftarla bağlı cinayət işi çərçivəsində Reznikovun cinayətlərdə iştirakının müəyyən edildiyini açıqlamışdı. İstintaqın iddiasına görə, Reznikov 2021–2023-cü illərdə tabeliyində olan şəxslərə cinayət xarakterli əmr və göstərişlər verərək Donbas ərazisində hərbiləşdirilmiş əməliyyatların həyata keçirilməsini təmin edib. Rusiya istintaq orqanları bu əməliyyatları cəza tədbirləri kimi qiymətləndirir.
Ukraynanın sabiq müdafiə nazirinə Rusiya Cinayət Məcəlləsinin 356-cı maddəsinin birinci hissəsi – müharibənin qadağan olunmuş vasitə və üsullarından istifadə ilə bağlı ittiham irəli sürülüb.
2026-cı ilin oktyabrında məhkəmə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Reznikov beynəlxalq axtarışa verilib. Təqsirli bilinəcəyi təqdirdə, onu 20 ilədək həbs cəzası gözləyir.
Tahir TAĞIYEV