Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşdüyü bildirilən tankerdə yanğın baş verib.
İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hadisə noyabrın 14-də boğazın keçid üçün təhlükəli elan edilmiş hissəsində qeydə alınıb.
İran tərəfi iddia edir ki, tanker əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıb və izləmə, eləcə də identifikasiya sistemlərini söndürüb.
İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən digər gəmilərə də təhlükə ilə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.
Tankerin hansı ölkəyə məxsus olduğu, heyət üzvlərinin vəziyyəti və hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.
Tahir TAĞIYEV