Xaqani Cəfərli: “Bu çox qeyri-ciddi məsələdir”
ABŞ Rusiyadan Avropa ilə gələcək təhlükəsizlik sazişinə dair yeni təklif hazırlamağı istəyib. Bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadla bildirib.
Məlumata görə, Vaşinqtonun təşəbbüsü Ukraynada müharibənin başa çatdırılmasına dair daha geniş razılaşmanın bir hissəsidir. ABŞ tərəfi Moskvadan öz təhlükəsizlik tələbləri ilə yanaşı, Avropada gərginliyin azaldılması və gələcək hərbi qarşıdurmaların qarşısının alınması üçün atmağa hazır olduğu addımları da təqdim etməsini istəyib.
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff noyabrın 12-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu məsələni müzakirə edəcəklər. Vaşinqton, həmçinin Avropa nümayəndələrinin Rusiya-Ukrayna sülh danışıqlarına qoşulmasına çalışır.
Mənbələrin bildirdiyinə görə, ABŞ Avropa ölkələrinin və Ukraynanın razılığı olmadan Rusiya ilə təhlükəsizlik sazişi imzalamayacaq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə belə bir sazişin yalnız Ukraynada müharibə başa çatdıqdan sonra müzakirə oluna biləcəyini deyib.
Bu nə deməkdi? Bu nə qədər həqiqətdir və necə? Rusiya Avropa dövlətini, Ukraynanı işğal edib üstəlik də Amerikadan xahiş edir ki, bizə təhlükəsizlik təlimatı ver?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a Avropada təhlükəsizlik konsepsiyası ilə bağlı ABŞ və Rusiya arasında gedən danışıqlar demoqoqiyadan başqa bir şey deyil. “Birincisi, təhlükəsizliyi ilə bağlı danışqılar gedən çoğrafiyanın, Avropanın təmsilçiləri bu danışıqlarda iştirak etmir. Avropa İttifaqının, eləcə də Böyük Britaniya, Norveç və Ukrayna kimi dövlətlərin iştirak etmədiyi Avropada təhlükəsizlik arxeikturasını Rusiya və ABŞ necə yarada bilər? Bu çox qeyri-ciddi məsələdir.
İkinci Dünya Müharibəsindən sonra Avropada yaranmış təhlükəsizlik arxetikturası qalib dövlətlər tərəfindən müəyyən olunmuşdu. İndiki müharibənin isə qalibi ən azından bu günə qədər məlum deyil. Rusiyanın bu müharibədə qalib ola bilməyəcəyini ABŞ-ın siyasi xadimləri daxil çox siyasətçi ifadə edib. Əgər, Rusiya qalib olmayacaqsa, Avropanın gələcək təhlükəsizlik arxetiktirasın necə müəyyən edə bilər?
Rusiyanın özünün texnoloji, maliyyə və önəmli dərcədə iqtisadi müstəqiliyi Çindən asılıdır. Çindən aslı olan bir dövlət Avropanın təhlükəsizlik arxetikturasının müəyyənləşməsində necə iştirak edir? Belə suallar çoxdur və onlar ABŞ və Rusiya arasında gedən danışıqlar demoqoqiyadan başqa bir şey olmadığının sübutudur”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA