Cümə günü, 13 noyabr 2026
     

Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

Image


Asif İbrahimov: “Ev təsərrüfatlarının uçotu dövlətin ölkədəki real sosial-iqtisadi vəziyyəti öyrənməsi, regional inkişafı planlaşdırması və əhalinin ehtiyaclarına uyğun siyasət formalaşdırması üçün vacib vasitədir”

Son günlər ev təsərrüfatlarının uçotu ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər, suallar və hətta narahatlıq doğuran iddialar səsləndirilir. Kimisi hesab edir ki, evlərdəki məişət texnikası, avtomobillər, mal-qara, quşlar, hətta istehsal olunan yumurtalar belə qeydiyyata alınacaq. Digərləri isə bu uçotun gələcəkdə əmlak vergilərinin və digər ödənişlərin tətbiqi üçün məlumat bazası yaradacağı qənaətindədir.

Bəs əslində vəziyyət necədir? Dövlət bu məlumatları hansı məqsədlə toplayır? Vətəndaşların əmlakı ilə bağlı hansısa yeni hüquqi öhdəlik yaranırmı?

İlk növbədə ekspertlər qeyd edirlərki, ev təsərrüfatlarının uçotu Azərbaycanda yeni tətbiq olunan mexanizm deyil. Bu ənənə kənd yerlərində ötən əsrin 40-cı illərindən, yəni Sovet dövründən kənd, şəhər və qəsəbələrdə isə 2012-ci ildən aparılır. Yəni söhbət birdən-birə meydana çıxmış yeni qeydiyyat sistemindən deyil, uzun illərdir mövcud olan uçot mexanizmindən gedir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ev təsərrüfatlarının uçotu ölkəmizdə ötən əsrin 40-cı illərindən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən hər il aparılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu yolu ilə həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyəti əsasında qeydə alınır. Bu zaman təsərrüfatların istifadəsində və mülkiyyətində olan torpaq sahələri, əmlak və digər müvafiq göstəricilər uçota götürülür. Bu proses uzun illərdir, mövcud olan ənənəvi uçot tədbiridir və onun məqsədi əmlakın yoxlanılması və ya mülkiyyət hüquqlarının araşdırılması deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyəti haqqında dolğun məlumatların əldə edilməsidir.

Nazirlər Kabinetinin 22 may 2024-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş qayda isə bu uçotun hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

Burada diqqət çəkən əsas məqam uçotun əhatə dairəsidir. Söhbət yalnız ailə üzvlərinin sayından getmir. Təsərrüfatın istifadəsində və mülkiyyətində olan torpaq sahələri, tikililər, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası, heyvanlar, quşlar və arı ailələri barədə də məlumatlar toplanır.

Ekspertlər deyirlər ki, digər mühüm məqam uçotun elektronlaşdırılmasıdır. 2026-cı ildə təsərrüfatbaşına uçot sənədlərinin elektron formada aparılması və yenilənməsi ilə bağlı normativ dəyişikliklər də qəbul edilib.

Yeni mexanizm məlumatların daha sistemli toplanmasına və əvvəlki illərlə müqayisəsinə imkan yaradır. Lakin elektron bazanın yaradılması məlumatların təhlükəsizliyi, onlara çıxış imkanları və istifadəsinə nəzarət məsələlərini də aktuallaşdırır.

Ekspertlərin fikrincə, dövlət statistikasının əsas məqsədi ölkənin real sosial-iqtisadi mənzərəsini öyrənməkdir. Bu prosesdə vətəndaşların etimadı isə şəffaflıqdan, düzgün məlumatlandırmadan və şəxsi məlumatların qorunmasından keçir.

Ekspertlər hesab edir ki, şayiələrə ən yaxşı cavab həqiqətdir. Həqiqət isə yalnız rəsmi qərarların mövcudluğu ilə deyil, onların mahiyyətinin cəmiyyətə aydın və anlaşıqlı şəkildə çatdırılması ilə ortaya çıxır.

İqtisadçı Asif İbrahimov baki-xeber.com-a bildirdi ki, ev təsərrüfatlarının uçota alınması ilə bağlı cəmiyyətdə müəyyən suallar və narahatlıqlar yaranır. “Son günlərdə mənim özümə də bu məsələ ilə bağlı çoxlu suallar ünvanlayıblar. Bəzi vətəndaşlar bu prosesi əmlaklarının yoxlanılması, vergilərin artırılması və ya əlavə maliyyə öhdəliklərinin müəyyən edilməsi kimi qəbul edirlər. Bəzi ekspertlərin açıqlamalarında da məsələnin mahiyyəti tam izah olunmadan fərqli təqdimatlarla qarşılaşırıq. İlk növbədə qeyd etmək istəyirəm ki, ev təsərrüfatlarının uçota alınması Azərbaycanda yeni tətbiq olunan proses deyil. Belə uçot əvvəllər də mövcud olub və müvafiq qaydada həyata keçirilib. Hazırda isə bu sahədə uçotun aparılması mexanizmi təkmilləşdirilir, məlumatların daha sistemli toplanması, dəqiqləşdirilməsi və müasir idarəetmə tələblərinə uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilir. Ona görə də bu prosesi tamamilə yeni bir tətbiq kimi təqdim etmək düzgün olmaz. Burada əsas məsələ mövcud uçot sisteminin təkmilləşdirilməsi, məlumat bazasının daha dolğun və aktual vəziyyətə gətirilməsi, dövlət idarəetməsində həmin məlumatlardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsidir.

Mən hesab edirəm ki, bu prosesin iqtisadi və sosial mahiyyətini düzgün anlamaq vacibdir. Ev təsərrüfatlarının uçotunun əsas məqsədi ölkədə insanların faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluq vəziyyəti, torpaqdan istifadə imkanları və fərdi təsərrüfat fəaliyyəti haqqında daha dolğun məlumat əldə etməkdir. Məsələn, müəyyən bir kənddə neçə ailənin yaşadığını, onların nə qədər torpaq sahəsindən istifadə etdiyini, neçə nəfərin kənd təsərrüfatı ilə məşğul olduğunu, neçə baş iribuynuzlu və xırdabuynuzlu heyvanın olduğunu bilmək dövlətin aqrar siyasətinin planlaşdırılması üçün əhəmiyyətlidir. Bu məlumatlar əsasında kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizliyinə, sosial infrastrukturun qurulmasına və dövlət dəstəyi tədbirlərinin planlaşdırılmasına dair daha əsaslandırılmış qərarlar qəbul etmək mümkündür”.

A.İbrahimov vurğuladı ki, digər mühüm məsələ demoqrafik göstəricilərlə bağlıdır. O, qeyd etdi ki, dövlət hər bir ərazidə faktiki neçə nəfərin yaşadığını, əhalinin yaş strukturunu, ailələrin sayını və tərkibini bilməlidir. “Çünki məktəb, uşaq bağçası, tibb məntəqəsi, yol, su və digər kommunal xidmətlərin planlaşdırılması üçün bu məlumatlar vacibdir. Məsələn, əgər hansısa kənddə əhalinin sayı azalıbsa, digər ərazidə isə artıbsa, dövlət həmin dəyişiklikləri nəzərə alaraq sosial infrastrukturun yerləşdirilməsinə dair qərarlar qəbul edə bilər.

Ev təsərrüfatlarının uçotu əmlakın və mülkiyyət hüququnun yoxlanılması məsələsinə xüsusi aydınlıq gətirmək lazımdır. Ev təsərrüfatlarının uçotunun əsas məqsədi əmlakın hüquqi baxımdan yoxlanılması və ya mülkiyyət hüquqlarının müəyyən edilməsi deyil. Bununla belə, uçot zamanı təsərrüfatın istifadəsində və mülkiyyətində olan torpaq sahələri, yaşayış evləri, digər tikililər və kənd təsərrüfatı aktivləri haqqında məlumatlar qeydə alına bilər. Burada məlumatların toplanması ilə həmin əmlak üzərində hüquqların hüquqi baxımdan təsdiqlənməsi məsələlərini bir-birindən fərqləndirmək lazımdır. Uçot məlumatı özlüyündə çıxarış və ya mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmir. Eyni zamanda, vətəndaşlar bilməlidirlər ki, uçotun aparılması öz-özlüyündə yeni vergi öhdəliyinin yaranması demək deyil. Vergi öhdəlikləri müvafiq qanunvericiliklə müəyyən olunur və onların tətbiqi ayrıca hüquqi əsaslar tələb edir.

Mənim fikrimcə, ölkənin iqtisadi idarəetməsində ən mühüm məsələlərdən biri qərarların dəqiq statistik məlumatlara əsaslanmasıdır. Hansı ərazidə nə qədər əhali yaşayır, hansı torpaq sahələrindən istifadə olunur, kənd təsərrüfatı potensialı nə qədərdir, hansı ailələrin sosial dəstəyə ehtiyacı var. Bütün bunlar dövlət siyasətinin səmərəliliyinə təsir göstərən amillərdir. Əgər dövlətin əlində real və yenilənən məlumat bazası yoxdursa, sosial proqramların, aqrar subsidiyaların və regional inkişaf layihələrinin planlaşdırılmasında müəyyən çətinliklər yaranır. Bu baxımdan ev təsərrüfatlarının uçotunu dövlət idarəetməsinin informasiya təminatının mühüm elementlərindən biri hesab edirəm. Nəzərə almaq lazımdır ki, uçotun keyfiyyəti vətəndaşların təqdim etdiyi məlumatların düzgünlüyündən də asılıdır. Buna görə də proses şəffaf, aydın və vətəndaşların hüquqlarına hörmət prinsipi əsasında həyata keçirilməlidir.

Rəqəmsallaşma və məlumatların qorunması ilə bağlı onu deyə bilərəm ki, ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması da mühüm istiqamətlərdən biridir. Elektron məlumat bazasının formalaşdırılması təkrar sorğuların, sənədləşmə yükünün və inzibati xərclərin azaldılmasına kömək edə bilər. Eyni zamanda, məlumatların daha operativ yenilənməsi və təhlili üçün imkan yaradır. Amma burada fərdi məlumatların qorunması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Toplanan məlumatlardan qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadə olunmalı, onların təhlükəsizliyi və məxfiliyi təmin edilməlidir.

Yekun olaraq, hesab edirəm ki, ev təsərrüfatlarının uçotu dövlətin ölkədəki real sosial-iqtisadi vəziyyəti öyrənməsi, regional inkişafı planlaşdırması və əhalinin ehtiyaclarına uyğun siyasət formalaşdırması üçün vacib vasitədir. Bu prosesi vətəndaşlar üçün əlavə narahatlıq mənbəyinə çevirmək yox, onun məqsədini düzgün izah etmək lazımdır. Dövlətin dəqiq məlumat bazasına malik olması həm iqtisadi planlaşdırma, həm sosial siyasət, həm də kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyətlidir. Əsas şərt məlumatların toplanmasının qanuni, şəffaf və vətəndaşların hüquqlarına hörmət əsasında həyata keçirilməsidir. Vətəndaşlar da bu prosesi düzgün anlamalı, əsassız narahatlıqlara deyil, rəsmi məlumatlara və qanunvericiliyə əsaslanmalıdırlar”-deyə A.İbrahimov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ