Cümə axşamı günü, 12 noyabr 2026
     

Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

Image


"Paket maaş" praktikasına qarşı elektron nəzarət mexanizmi problemi həll edə biləcəkmi?

Azərbaycanda əməkhaqqının bir hissəsinin rəsmi, digər hissəsinin isə qeyri-rəsmi ödənilməsi – cəmiyyətdə daha çox "paket maaş" kimi tanınan praktika əmək bazarının uzun müddətdir mövcud olan problemlərindən biridir. Bu yanaşma bir tərəfdən işəgötürənlərə vergi və sosial sığorta öhdəliklərini azaltmaq imkanı yaradır, digər tərəfdən isə işçilərin sosial təminat hüquqlarını məhdudlaşdırır. Əməkhaqqı və digər ödənişlərin elektron sistem üzərindən həyata keçirilməsi, işçiyə faktiki ödənilən məbləğin izlənilməsi ilə bağlı hazırlanması nəzərdə tutulan yeni mexanizm bu problemin həlli istiqamətində mühüm addım ola bilər.

Yeni mexanizmin əsas mahiyyəti əməkhaqqı ödənişlərinin tam elektronlaşdırılması, rəsmi sənədlərdə göstərilən əməkhaqqı ilə işçiyə faktiki ödənilən məbləğ arasında uyğunluğun təmin edilməsidir. Bu sistem vasitəsilə əməkhaqqı və digər ödənişlər barədə məlumatların elektron qaydada qeydə alınması, vəsaitlərin işçilərin bank hesablarına köçürülməsi və ödənişlərə nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Beləliklə, işəgötürənin əmək müqaviləsində, məsələn, 500 manat əməkhaqqı göstərib, əslində işçiyə 1000 manat ödəməsi hallarının qarşısının alınması üçün əlavə nəzarət imkanları yaranacaq.

Bununla belə, hesab edirik ki, yalnız elektron ödəniş sisteminin tətbiqi "paket maaş" praktikasını tamamilə aradan qaldırmağa kifayət etməyəcək. Çünki işəgötürən rəsmi əməkhaqqını bank hesabına köçürməklə yanaşı, əlavə məbləği nağd şəkildə ödəyə və ya köçürülmüş vəsaitin müəyyən hissəsini işçidən geri tələb edə bilər. Bu baxımdan elektron sistemin real nəticə verməsi üçün əmək müqavilələrində göstərilən əməkhaqqı ilə faktiki ödənişlər arasında uyğunluğun yoxlanılması, əməkhaqqı göstəricilərinin iqtisadi fəaliyyət sahələri, vəzifələr və iş yükü üzrə müqayisəli təhlili vacibdir. Eyni zamanda, qeyri-rəsmi ödənişləri tələb edən işəgötürənlərə qarşı təsirli sanksiyalar tətbiq olunmalı, işçilərin belə hallarla bağlı müraciət edə biləcəyi təhlükəsiz və əlçatan şikayət mexanizmləri yaradılmalıdır.

Digər tərəfdən, problemin həllində yalnız inzibati nəzarətə və cərimələrə üstünlük verilməsi də düzgün yanaşma olmazdı. Burada iqtisadi stimullaşdırma və maarifləndirmə tədbirləri də mühüm rol oynamalıdır. İşəgötürənlər üçün əməkhaqqının tam rəsmiləşdirilməsinin üstünlükləri və uzunmüddətli faydaları izah edilməli, işçilər arasında isə rəsmi gəlirin sosial təminat baxımından əhəmiyyəti barədə məlumatlandırma gücləndirilməlidir. Çünki bəzi hallarda işçilər qısa müddətdə daha çox pul əldə etmək üçün əməkhaqqının bir hissəsinin rəsmiləşdirilməməsinə razılaşırlar. Halbuki, bu razılaşma onların gələcək maraqlarına ciddi zərər vurur.

Məsələnin digər mühüm tərəfi sosial sığorta və pensiya təminatı ilə bağlıdır. Əməkhaqqının yalnız bir hissəsi rəsmiləşdirildikdə işçinin sosial sığorta ödənişləri də həmin rəsmi məbləğ əsasında hesablanır. Nəticədə onun fərdi hesabında toplanan pensiya kapitalı faktiki qazancına uyğun formalaşmır. Məsələn, real olaraq 1000 manat əməkhaqqı alan, lakin əmək müqaviləsində 500 manat göstərilən işçinin sosial sığorta ödənişləri də aşağı məbləğ əsasında hesablanır. Bu isə uzun illər ərzində pensiya kapitalı ilə bağlı ciddi fərq yarada bilər. Əməkhaqqının tam rəsmiləşdirilməsi həmin fərqin aradan qaldırılmasına, işçinin gələcək pensiya məbləğinin artmasına və sosial təminatının yaxşılaşmasına şərait yaradar.

Bu prosesin dövlət üçün də əhəmiyyətli iqtisadi nəticələri var. Əməkhaqlarının tam rəsmiləşdirilməsi dövlət büdcəsinə vergi və sosial sığorta sisteminə isə daxilolmaların artmasına imkan verər. Kölgə iqtisadiyyatının əmək münasibətləri seqmentinin daralması rəqabət mühitinin sağlamlaşmasına da müsbət təsir göstərə bilər. Çünki işçilərin əməkhaqqını rəsmiləşdirməyən müəssisələr bununla həm vergi və sosial sığorta öhdəliklərini azaldır, həm də bütün öhdəliklərini yerinə yetirən sahibkarlar qarşısında əsassız üstünlük əldə edirlər.

Nəticə etibarilə, yeni mexanizmə sadəcə əməkhaqqı ödənişlərinə elektron nəzarət vasitəsi kimi baxmaq düzgün olmazdı. Bu, əmək münasibətlərinin şəffaflaşdırılması, işçilərin sosial hüquqlarının qorunması, vergi və sosial sığorta bazasının genişləndirilməsi baxımından əhəmiyyətli təşəbbüsdür. Ancaq mexanizmin uğuru onun kağız üzərində necə nəzərdə tutulmasından daha çox, praktikada necə işləyəcəyindən asılı olacaq. Əgər elektron nəzarət real ödənişləri müəyyənləşdirmək, qeyri-rəsmi hesablaşmaları aşkar etmək və işçilərin hüquqlarını qorumaq imkanına malik olarsa, "paket maaş" praktikasının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması mümkün olacaq.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ