çərşənbə günü, 11 noyabr 2026
     

Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

Image


ABŞ-ın 2021-ci ildə Əfqanıstandan hərbi qüvvələrini çıxarması və bu ölkədəki hərbi bazalarını bağlaması qərarı bu gün Yaxın Şərq və Mərkəzi Asiyada baş verən geosiyasi proseslər fonunda yenidən müzakirə olunur. Bəzi beynəlxalq, xüsusilə də türkiyəli siyasi şərhçilər hesab edirlər ki, Vaşinqtonun Əfqanıstandan çəkilməsi ABŞ-ın Xəzər hövzəsi və Cənubi Qafqaz üzərindəki strateji təsir imkanlarını məhdudlaşdırıb. İddialara görə, ABŞ Əfqanıstandakı hərbi mövcudluğunu qoruyub saxlasaydı, İranın Xəzər dənizi vasitəsilə Rusiya və Çinlə iqtisadi, o cümlədən neft və digər strateji məhsullar üzrə əlaqələrinə daha ciddi təsir göstərə bilərdi.

Bu müzakirələri aktuallaşdıran yeni məqamlardan biri də ABŞ-ın İranın sanksiyalardan yayınma kanallarına nəzarəti gücləndirmək məqsədilə Dəmir Qapı İşçi Qrupu (Task Force Iron Gate) adlı xüsusi işçi qrup yaratması ilə bağlı yayılan məlumatlardır. Təxminən 20 nəfərdən ibarət olduğu bildirilən qrupun əsas vəzifəsinin İranın Xəzər dənizi və quru sərhədləri vasitəsilə silah, hərbi texnologiya və ikili təyinatlı məhsullar əldə etməsinin qarşısını almaq, sanksiyalardan yayınma mexanizmlərini müəyyənləşdirmək olduğu qeyd edilir. Bu təşəbbüs Xəzər hövzəsinin ABŞ-ın İranla bağlı strateji siyasətində artan əhəmiyyətini bir daha gündəmə gətirir.

Beləliklə, ABŞ-ın Əfqanıstandan çıxmaq qərarının strateji səhv olub-olmaması, həmin ölkədə hərbi bazalar saxlanılsaydı, Vaşinqtonun İranın Xəzər üzərindən Rusiya və Çinlə iqtisadi əlaqələrinə real təsir imkanlarının yaranıb-yaranmayacağı sualları yenidən aktuallaşır. ABŞ-ın bu istiqamətdəki addımları, İranla yanaşı, Rusiya və Çinlə də daha geniş qarşıdurma riskini artıra bilərmi? Bütün bu proseslər Azərbaycanın yerləşdiyi geosiyasi məkanın strateji əhəmiyyətinə və ölkəmizin regional maraqlarına necə təsir göstərə bilər?

Murad Sadəddinov: "Xəzər dənizi böyük güclərin yeni geosiyasi rəqabət meydanına çevrilə bilər"

Politoloq Murad Sadəddinov "Yeni TV"nin CANLI YAYIMINDA - YouTube

Politoloq Murad Sadəddinov ABŞ-ın Əfqanıstandan çıxmasının geosiyasi nəticələrini və Vaşinqtonun Xəzər regionunda artan maraqlarını "Bakı-Xəbər" qəzetinə şərh edərkən bildirib ki, ABŞ-ın Əfqanıstan siyasəti birmənalı olmayıb, əksinə, ziddiyyətli xarakter daşıyıb. Onun sözlərinə görə, ABŞ Əfqanıstana hərbi müdaxilə edərkən dünyada tamamilə fərqli geosiyasi vəziyyət mövcud idi və həmin ölkə çoxsaylı terror qruplaşmalarının fəaliyyət göstərdiyi əsas məkanlardan biri kimi qiymətləndirilirdi.

Politoloq qeyd edib ki, zaman keçdikcə terrorçuluqla mübarizənin coğrafiyası dəyişdi, ABŞ-ın diqqəti Əfqanıstandan Yaxın Şərqə və İran ətrafındakı regionlara yönəldi. Vaşinqton uzun illər Əfqanıstanda böyük hərbi kontingent və infrastruktur saxladı, bu istiqamətə milyardlarla dollar vəsait xərclədi. Bununla yanaşı, həm respublikaçılar, həm də demokratlar administrasiyaları ABŞ qoşunlarının ölkədən çıxarılması məsələsini dəfələrlə gündəmə gətirirdilər. Əfqanıstanda ABŞ-a yaxın yerli hökumət və milli silahlı qüvvələr formalaşdırmaq cəhdləri də gözlənilən nəticəni vermədi. Nəticədə ABŞ hərbi qüvvələrini həmin ölkədən çıxarmaq məcburiyyətində qaldı.

Murad Sadəddinovun fikrincə, ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun Xəzər regionuna təsiri də ciddi səviyyədə olmayıb. Müəyyən təsir imkanları, xüsusilə Azərbaycan üzərindən hava dəhlizlərindən istifadə etməklə Əfqanıstandakı hərbi qüvvələrin təminatının həyata keçirilməsi kimi elementlər mövcud idi. Lakin ümumilikdə bu amil Vaşinqtona Xəzər hövzəsində ciddi geosiyasi üstünlük qazandırmırdı. Əfqanıstandan çıxışdan sonra isə ABŞ-ın regiona təsir imkanları daha da məhdudlaşdı.

Politoloq hesab edir ki, hazırkı mərhələdə ABŞ-ın Xəzər regionuna marağının artması İran ətrafında formalaşan yeni geosiyasi vəziyyətlə bağlıdır. Onun sözlərinə görə, ABŞ-ın yaratdığı yeni mexanizmlər və qurumlar ilkin mərhələdə müxtəlif texniki, xüsusilə kosmik müşahidə vasitələri ilə nəzarətin gücləndirilməsinə xidmət edə bilər. Bu prosesdə, Mərkəzi Kəşfiyyat İdarəsi ilə yanaşı, elektron və kosmik kəşfiyyat imkanlarına malik Milli Təhlükəsizlik Agentliyinin də rolu arta bilər.

Murad Sadəddinov bildirib ki, İranın cənub limanlarına tətbiq edilən məhdudiyyətlər fonunda Tehran xarici ticarət əlaqələrini Türkiyə, Pakistan və Xəzər dənizi istiqamətləri vasitəsilə davam etdirməyə çalışır. ABŞ isə sanksiyalardan yayınma yollarını müəyyənləşdirməklə yanaşı, bu prosesdə iştirak edən ölkələrə təzyiqləri artırmaq niyyətində ola bilər. Politoloqun qənaətinə görə, Vaşinqtonun bunun üçün həm diplomatik, həm də hərbi vasitələrdən istifadə imkanları var.

O qeyd edib ki, diplomatik təzyiq mexanizmləri artıq müəyyən dərəcədə müşahidə olunur. Türkiyə və Pakistanın İranla sərhəd və ticarət əlaqələrində tətbiq etdiyi məhdudiyyətlər, eləcə də maliyyə əməliyyatlarına nəzarətin gücləndirilməsi bu baxımdan diqqət çəkir. Rusiya məsələsinə gəldikdə isə, ABŞ-ın Moskva üzərində təsir imkanlarından biri Ukrayna müharibəsi ilə bağlıdır. Vaşinqton Kiyevə hərbi dəstəyi artırmaq imkanından istifadə etməklə Rusiyanı İranla iqtisadi əməkdaşlıq məsələsində müəyyən güzəştlərə məcbur etməyə çalışa bilər. Politoloq hesab edir ki, Rusiya üçün Ukrayna müharibəsi ilə bağlı problemlər daha prioritet olduğundan, Moskva bu məsələdə seçim qarşısında qala bilər.

Hərbi variantın da istisna edilmədiyini bildirən Sadəddinov qeyd edib ki, ABŞ və onun müttəfiqlərinin regionda hərbi imkanları mövcuddur. O, əvvəlki hərbi əməliyyatlar zamanı İsrailə məxsus F-35 təyyarələrinin havada yanacaqla təmin olunaraq uzaq məsafələrə zərbələr endirməsini nümunə göstərib. Politoloqun fikrincə, Vaşinqton Rusiya ilə razılığa gələ bilmədiyi təqdirdə, Xəzər dənizi vasitəsilə daşınan yüklərə və gəmilərə qarşı təzyiq mexanizmlərinin tətbiqini də nəzərdən keçirə bilər. Bu kontekstdə o, Ukraynanın vasitəsilə müəyyən hərbi əməliyyatların həyata keçirilməsi ehtimalını da istisna etməyib. Bununla belə, mülki gəmilərin və yüklərin təhlükəsizliyi məsələsi ayrıca əhəmiyyət daşıyır.

Politoloq vurğulayıb ki, Xəzər dənizinin geosiyasi və iqtisadi əhəmiyyətinin artması yalnız Azərbaycan üçün deyil, bütün Mərkəzi Asiya ölkələri üçün yeni çağırışlar yarada bilər. Çünki Orta Dəhlizin əsas marşrutlarından biri məhz Xəzər dənizindən keçir. Qazaxıstan və Özbəkistanın yeni gəmilərin alınmasına və dəniz nəqliyyatının genişləndirilməsinə yönəlmiş addımları da bu hövzənin strateji əhəmiyyətinin artdığını göstərir.

Murad Sadəddinovun sözlərinə görə, ABŞ son illərdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Region dövlətlərinin rəhbərlərinin Vaşinqtona dəvət olunması, ABŞ rəsmilərinin və biznes nümayəndələrinin Mərkəzi Asiya ölkələrinə səfərləri bu marağın göstəricisidir. Bu baxımdan Xəzər dənizi Vaşinqton üçün həm regional ticarət və nəqliyyat əlaqələri, həm də geosiyasi maraqların reallaşdırılması baxımından mühüm istiqamətə çevrilə bilər.

Politoloq hesab edir ki, İrana qarşı sanksiyaların və iqtisadi məhdudiyyətlərin sistemli şəkildə tətbiqi ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. İranın iqtisadi imkanlarının zəifləməsi və xarici ticarət kanallarının məhdudlaşdırılması ölkədə sosial problemləri dərinləşdirə bilər. O, İran prezidentinin əhalinin ərzaq təminatı ilə bağlı narahatlığını ifadə edən son açıqlamasını da ölkədəki iqtisadi vəziyyətin ciddiliyinin göstəricisi kimi qiymətləndirib.

Beləliklə, Sadəddinovun fikrincə, ABŞ-ın Əfqanıstandan çıxdıqdan sonra Xəzər regionunda təsir imkanları məhdudlaşsa da, hazırkı geosiyasi şərait Vaşinqtonun bu hövzəyə marağını yenidən artırır. İran ətrafında yaranan vəziyyət, Orta Dəhlizin strateji əhəmiyyəti və Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsi Xəzəri böyük güclərin rəqabətində daha mühüm geosiyasi məkana çevirə bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ