Mənbələr “Wall Street Journal” qəzetinə bildiriblər ki, ABŞ ordusu İranın yaratdığı təhlükə səbəbindən Böyük Britaniyadakı RAF Mildenhalldan təyyarələri başqa yerə köçürüb.
Nəşrin məlumatına görə, Mildenhallda yerləşən iki Amerika tanker təyyarəsi bu səhər Almaniyaya yönləndirilib. Daha sonra aviabazadan bir neçə digər tanker təyyarəsi də Almaniyaya və digər yerlərə yönləndirilib.
Qeyd olunur ki, RAF Mildenhall üçün təhlükənin dəqiq mahiyyəti hələ də Amerika rəsmiləri arasında müzakirə olunur.
Bu qərar, RAF Fairford-da İranla əlaqəli iddia edilən bir insidentdən sonra ABŞ bombardmançı təyyarələrinin obyektdən geri çəkilməsindən bir neçə həftə sonra verilib.
Tahir TAĞIYEV