9 noyabr, bazar ertəsi günü ABŞ Konqresində ABŞ Müdafiə naziri Pit Hegsetin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qətnamə layihəsi irəli sürülüb.
DPA xəbər agentliyinin məlumatına görə, sənədi Nümayəndələr Palatasının Respublikaçı üzvü Tomas Massi təqdim edib. 34 səhifəlik layihə səkkiz bənddən ibarətdir; bunlardan üçü İranla müharibə məsələsinə aiddir – Massi Hegseti Konqresin icazəsi olmadan münaqişəyə başlamaqda ittiham edir. Sənəddə, həmçinin, Yəməndəki hərbi əməliyyatlar, Karib dənizində narkotik alverçilərinə məxsus olduğu iddia edilən gəmilərə qarşı ABŞ-ın endirdiyi zərbələr və Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi məsələlərinə də toxunulur.
“Hegset müharibə elan etmək səlahiyyəti ilə bağlı Konqres qətnamələrinə məhəl qoymayaraq, xarici liderləri oğurlayaraq və Tramp administrasiyasını tənqid edənləri hədələyərək – onları ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə təqib edərək – öz rəsmi səlahiyyətlərindən sui-istifadə edir"- Massi yazır.
Hegsetin vəzifəsindən uzaqlaşdırılması cəhdinə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp müdafiə nazirinin "çox yaxşı işlədiyini" vurğulayıb, Massini isə "tam bir uğursuz" adlandırıb. Hegsetin özü isə impiçment cəhdlərinin onu "narahat etmədiyini" bildirib və noyabrın 10-da Pentaqonda bu məsələ ilə bağlı brifinq keçiriləcəyini elan edib.
SAMİRƏ