İranın Hörmüzqan əyalətindəki Qeşm adası ABŞ-ın hücumuna məruz qalıb. “Tasnim” xəbər agentliyinin məlumatına görə, əyalətin digər ərazilərində oxşar hadisələr qeydə alınmayıb.
Bundan əvvəl sosial mediada Bəndər Abbas və Sirikdə partlayışlar barədə məlumatlar yayılıb. Lakin, “Tasnim”in məlumatına görə, bu şəhərlərdə heç bir təsir olmayıb.
Agentlik bildirir ki, sakinlərin eşitdiyi səslər İranın Hörmüz boğazında təhlükəsizliyi təmin etmək və vəziyyəti nəzarətdə saxlamaq üçün digər hərəkətləri ilə əlaqəli olub. Xəbərdə Qeşm adasına edilən hücumla bağlı başqa heç bir təfərrüat, o cümlədən mümkün itki və ya ziyan barədə məlumat verilməyib.
Tahir TAĞIYEV