NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukrayna müharibəsində kiminsə tam qələbə qazanması ehtimalı azdır.
“Ukraynanın bütün ərazilərini geri ala biləcəyi ehtimalı az olsa da, bu müharibənin bitəcəyinə ümid etmək olar.
Ukraynanın potensial razılaşma çərçivəsində qəbul etməyə hazır olduğu şərtlər tamamilə onun öz qərarıdır. Yalnız Zelenski və onun hökuməti Ukrayna xalqı adından belə bir qərar verə bilər.
Rutte qeyd edib ki, bu cür müharibələr həmişə sülh müqaviləsi ilə başa çatır və bu, çox vaxt kompromisləri nəzərdə tutur.
Tahir TAĞIYEV