İranın sonuncu şahının oğlu Rza Pəhləvi işgüzar səfərlə getdiyi Brüsseldə Avropanı Tehrana qarşı yürütdüyü güzəşt siyasətindən əl çəkməyə çağırıb. Onun sözlərinə görə, İran rejimi "qisas almağa çalışacaq" və "öz mövcudluğunu qorumaq üçün hər cür addımı atmağa hazır olan" "yaralı bir heyvan"a bənzəyir. Pəhləvi bildirib: "Qisas almağa çalışacaq yaralı bir vəhşi heyvanı sağ saxlamaq olarmı? Biz məhz belə bir vəziyyətlə üz-üzəyik. Bu rejim sağ qalmaq üçün hər şeyə qadir olduğunu sübut edib: o, təkcə öz vətəndaşlarını sıxışdırmaq və dəniz daşımalarına təhdid yaratmaqla kifayətlənmir, həm də qonşularına, hətta regiondan kənardakı ölkələrə qarşı raket hücumları həyata keçirir". İranın sonuncu şahının oğlunun Brüsselə səfərinin əsas məqsədi İslam Respublikasına qarşı sərt iqtisadi və diplomatik tədbirlərin tətbiq olunması üçün fəaliyyət göstərmək (lobbiçilik etmək) olub.
SAMİRƏ