çərşənbə günü, 04 noyabr 2026
     

5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

Image


Arzu Nağıyev: “Bu proseslər göstərir ki, Qərb müharibənin mümkün sonrakı mərhələsinə və onun nəticələrinə indidən hazırlaşır”

Kiyev, ABŞ və Avropa ölkələri Brüsseldə Ukraynanın gələcəyini müzakirə edəcəklər. Avropa Komissiyası Ukrayna, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, eləcə də NATO və Dünya Bankının nümayəndələri arasında görüş üçün yer təmin edəcək. Müzakirə mövzusu Ukraynanın gələcəyi və müharibədən sonrakı yenidənqurma olacaq.

Ukraynanın gələcəyi ilə bağlı danışıqlar noyabrın 4-də Brüsseldə Kiyev, Vaşinqton və bir sıra Avropa ölkələrinin, o cümlədən Almaniya, Fransa və Birləşmiş Krallığın nümayəndələrinin iştirakı ilə keçiriləcək. Avropa Komissiyasının sözçüsü Paula Pinho bunu 3 noyabrda açıqladı.

Müzakirələrə NATO və Dünya Bankının nümayəndələrinin də qoşulacağı gözlənilir. Danışıqlar milli təhlükəsizlik müşavirləri səviyyəsində keçiriləcək. ABŞ-ın dəqiq nümayəndəsi dərc olunduğu vaxt açıqlanmayıb.

Danışıqların mövzularından birinin Ukraynanın müharibədən sonrakı yenidən qurulması olacağı gözlənilir. Bu arada, Reuters mənbələrə istinadən xəbər verir ki, Brüsseldəki müzakirələr Ukrayna üçün çiçəklənmə planı və ölkənin təhlükəsizlik zəmanətlərinə yönələcək.

Digər məlumatlara görə, tədbirin 9 oktyabrda Mayamidə keçiriləcən görüşün davamı olacağı gözlənilir. Həmin görüşdə Ukrayna nümayəndə heyəti ilə yanaşı, ABŞ prezidentinin elçiləri Stiven Uitkoff və Cared Kuşner, eləcə də Milli Təhlükəsizlik Şurası və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər. Bundan əlavə, ABŞ Almaniya, Fransa və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirlərini dəvət edib. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte öz qərargah rəislərini Mayamiyə göndəriblər.

Daha əvvəl Stiven Uitkoff Ukraynada sülh danışıqlarının növbəti mərhələsinin 10-11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ-ın iştirakı ilə keçiriləcəyini açıqlamışdı. 3 noyabrda Kreml Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin iştirakını təsdiqləyib.

Ukrayna Prezidenti Volodymyr Zelenski Almaniya Kansleri Fridrix Merz ilə görüşmək üçün 3 noyabrda Berlinə səfər edib. Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən onun səfəri əvvəlcədən elan edilməyib.

Ukrayna Rusiya müharibəsi hələ bitməyib, amma Ukraynanın müharibədən sonrakı bərpası və onun təhlükəsizliyinə təminat məsələsi müzakirə edilir.

Bu nə deməkdir? Müharibə bitmədən bu məsələnin müzakirə edilməsi nə ilə bağlıdır? Bu nəyin əlamətidir?

Milli Məclisin Müdafiə Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, politoloq Arzu Nağıyev baki-xeber.com-a bildirdi ki, Ukrayna müharibəsinin sonu deyil, müharibədən sonrakı Avropanın təhlükəsizlik modeli müzakirə olunur.

“Ukrayna-Rusiya müharibəsi hələ başa çatmayıb. Buna baxmayaraq, Ukraynanın gələcək bərpası və təhlükəsizliyi ilə bağlı beynəlxalq siyasi dairələrdə müzakirələrin indidən aparılması, düşünürəm ki, təsadüfi deyil. Bu proseslər göstərir ki, Qərb müharibənin mümkün sonrakı mərhələsinə və onun nəticələrinə indidən hazırlaşır.

Amma burada mühüm bir sual ortaya çıxır: Sülhə hazırlıq müharibənin başa çatmasına hazır olmaqdır, yoxsa onun başa çatacağına əmin olmaq?

Bu suala hələ dəqiq cavab yoxdur. Çünki tərəflər arasında atəşkəs əldə olunmaya, təhlükəsizlik təminatları ilə bağlı razılıq yaranmaya bilər. Belə olan halda Ukraynanın bərpası və gələcək təhlükəsizliyi ilə bağlı müzakirələr uzun müddət müharibə şəraitində davam edə bilər.

Yəni ortaya artıq gələcək müzakirəyə səbəb olan bir məsələ atılıb. Qarşıdakı dövrdə əsas diqqət bu məsələyə yönətmək lazımdır: Qərb Ukraynaya təhlükəsizlik təminatlarını yalnız atəşkəsdən sonra verəcək, yoxsa bu təminatların real mexanizmləri indidən formalaşdırılacaq?

Bu sualın cavabı təkcə Ukrayna müharibəsinin nə vaxt başa çatacağını deyil, daha geniş mənada müharibədən sonrakı Avropanın təhlükəsizlik arxitekturasını da müəyyən edə bilər. Digər məsələ Amerika Birləşmiş Ştatlarında aralıq seçkilərinin keçirildiyi bir vaxtda Mayamidə görüşün keçirilməsi, bunun üçün müzakirələrin aparılması məsələsi də çox maraqlı məsələdir.

Təsəvvür edək ki, sabah atəşkəs elan olunur. Bu halda Ukraynanın təhlükəsizliyinə kim təminat verəcək? Rusiya yenidən hücuma keçərsə, Qərbin reaksiyası necə olacaq? Dağıdılmış şəhərlər, infrastruktur və kommunikasiya xətləri necə bərpa ediləcək? Xarici investorlar Ukraynaya hansı şərtlərlə sərmayə qoyacaqlar? Əgər ölkənin təhlükəsizliyinə heç kim konkret təminat vermirsə, investisiyaların cəlb edilməsi nə dərəcədə real olacaq?

Bütün bunlar göstərir ki, hətta atəşkəs əldə olunsa belə, davamlı sülhün qurulması kifayət qədər mürəkkəb və çətin proses olacaq. Burada yalnız hərbi deyil, həm də siyasi və iqtisadi məsələlər ön plana çıxır”.

A.Nağıyev qeyd etdi ki, son vaxtlar ABŞ Prezidenti Donald Trampın bəyanatlarında da bu istiqamətdə müəyyən siyasi yanaşmalar hiss olunur. Ukraynanın yenidən qurulması məsələsi artıq yalnız Ukraynanın daxili problemi kimi deyil, həm də Avropanın gələcək təhlükəsizliyinə qoyulan strateji sərmayə kimi qiymətləndirilməlidir.

Ukrayna Qərbdən konkret və uzunmüddətli təhlükəsizlik təminatları istəyir. Bunlara uzunmüddətli hərbi yardım, müasir silah sistemləri, kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi əməkdaşlıq və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi daxildir. Ukrayna bu məsələlərdə ABŞ-ın da konkret mövqe ortaya qoymasını gözləyir.

Atəşkəsə beynəlxalq nəzarət, NATO-ya üzvlük perspektivi və ikitərəfli, yaxud çoxtərəfli müdafiə sazişləri də müzakirə olunan məsələlərdəndir. NATO-ya üzvlük özü-özlüyündə təhlükəsizliyin mütləq təmin olunması demək olmasa da, Ukrayna alyansa daxil olmadan da müəyyən müdafiə mexanizmləri əldə edə bilər.

Bu baxımdan, indiki müzakirələri yalnız müharibənin başa çatmasına hazırlıq kimi qiymətləndirmək düzgün olmazdı.

Avropa artıq başa düşür ki, Ukraynaya ayrılan vəsait yalnız silahlanmaya deyil, gələcək iqtisadi bərpaya və təhlükəsizlik sisteminin formalaşdırılmasına da yönəldilməlidir. Böyük Britaniya, Fransa, Almaniya, ABŞ, NATO, Ukrayna və Dünya Bankının nümayəndələrinin bu müzakirələrdə iştirakının nəzərdə tutulması da məsələnin beynəlxalq əhəmiyyətini göstərir.

Bundan əvvəl, noyabrın 10-11-də Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında danışıqların keçirilməsi planlaşdırılırdı. Lakin bu istiqamətdə hələlik ciddi irəliləyişin əldə olunmadığı görünür.

Bütün bunlar Ukraynanın Qərbin təhlükəsizlik sisteminə daha sıx inteqrasiyası istiqamətində proseslərin davam etdiyini göstərir. Qərb çalışır ki, mümkün atəşkəs Rusiyaya sadəcə yenidən silahlanmaq və bir neçə ildən sonra müharibəni təkrarlamaq imkanı verməsin.

Ukraynanın iqtisadi baxımdan Qərbə daha sıx bağlanması, Avropanın gələcək təhlükəsizlik modelinin müəyyənləşdirilməsi də bu strategiyanın tərkib hissəsidir. Bu Rusiyaya mesajdır.

Əslində, Qərbin Rusiyaya verməyə çalışdığı mesaj kifayət qədər aydındır: Ukraynada müharibə dayansa belə, bu, Ukraynanın müdafiəsiz qalacağı və Rusiyanın istədiyi vaxt yenidən hücuma keçə biləcəyi anlamına gəlməməlidir.

Məncə, hazırkı proseslərin bir neçə mühüm əlaməti var.

Birincisi, müharibənin diplomatik həlli üçün hazırlıq mərhələsi genişlənir.

İkincisi, Qərbin Ukraynanı uzunmüddətli strateji layihə kimi görməsidir.

Üçüncüsü, müharibə tədricən yeni siyasi mübarizə mərhələsinə keçir. Bu mərhələdə əsas məsələ yalnız döyüşlərin dayandırılması deyil, müharibədən sonrakı güc balansının və təhlükəsizlik sisteminin necə formalaşacağıdır.

Burada başqa mühüm suallar da var: Rusiya atəşkəsə razılaşarsa, əldə etdiyi əraziləri saxlaya biləcəkmi? Ukrayna öz təhlükəsizliyini necə təmin edəcək? ABŞ və Avropa hansı öhdəlikləri üzərinə götürəcək? Atəşkəsin pozulması halında hansı mexanizmlər işə düşəcək?

Düşünürəm ki, məhz bu suallar gələcək sülhün taleyini müəyyənləşdirəcək.

Ona görə də indiki mərhələdə aparılan danışıqları yalnız müharibənin başa çatmasına hazırlıq kimi deyil, həm də gələcək Avropanın siyasi, iqtisadi və hərbi təhlükəsizlik modelinin formalaşdırılması prosesi kimi qiymətləndirmək lazımdır.

Ona görə də düşünürəm ki, hansı bir danışıqların aparılması həm siyasi, həm iqtisadi və hərbi cəhətdən risklidir və bunun da arxasında müəyyən məqamlar dayanır”-deyə A.Nağıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ