Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə indiyədək 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün vergi uçotuna alınıb.
Trend-in sorğusuna cavab olaraq DVX-dən bildirilib ki, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Qeyd olunub ki, beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə cəlb edilməsi, vergi öhdəliklərinə könüllü əməletmənin təşviqi və şəffaflığın artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
DVX-nin məlumatına görə, 2025-ci il ərzində elektron qeydiyyat portalı vasitəsilə 7 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Həmin il qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Eyni zamanda 2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb. Bundan başqa, rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində aparılmış monitorinq və müvafiq məlumatların uyğunlaşdırılması nəticəsində onlarla yeni vergi ödəyicisinin vergi uçotuna alınması təmin edilib.
Azərbaycan Respublikasında elektron qaydada uçota alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin siyahısını təqdim edirik:
№
ŞİRKƏTİN ADI
ÖLKƏ
QEYDİYYAT TARİXİ
1
Apple Distribution International Limited
İrlandiya
01.12.2024
2
Adobe Systems Software Ireland Limited
01.03.2025
3
Sony Interactive Entertainment Network Europe Limited
Birləşmiş Krallıq
01.04.2025
4
Elsevier BV
Niderland
01.07.2025
5
Hyperconnect LLC
Cənubi Koreya
6
Tinder LLC
Amerika Birləşmiş Ştatları
7
PPG DIGITAL SP. Z O.O.
Polşa
01.10.2025
8
Epic Games Commerce GmbH
İsveçrə
01.03.2026
9
Contabo GmbH
Almaniya
10
Chess.Com LLC
01.05.2026
11
Xsolla (USA), Inc.
01.07.2026
12
Formula One Digital Media Limited
01.08.2026
13
Valve Corporation
01.09.2026
14
Cleverbridge GmbH
15
Aghanim Inc
16
Netflix International B.V.
17
ANTHROPIC, PBC
18
EBAY MARKETPLACES GMBH
19
Zoho Corporation B.V.
20
Zoom Communications, Inc.
21
OpenAI OpCo, LLC
22
Spotify AB
İsveç
01.10.2026
23
TikTok Pte. Ltd.
Sinqapur
24
Appcharge Ltd.
İsrail
01.11.2026