Bazar ertəsi günü, 02 noyabr 2026
     

Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

Image


Polşanın ən yüksək məhkəmə orqanı olan Konstitusiya Tribunalını əhatə edən qarşıdurma ölkəni siyasi böhrana sürükləyir. Proseslər hökumətin Konstitusiya Tribunalının iki aparıcı hakimini vəzifəsindən kənarlaşdırıb cinayət məsuliyyətinə cəlb etməyə cəhd etməsindən sonra kəskinləşib. Problemin kökündə dayanan başlıca faktor isə Donald Tusk hökumətinin bir neçə həftədir ki, hazırda müxalifətdə olan “Qanun və Ədalət” Partiyasının iqtidarda olduğu dönəmdə təyin edilmiş hakimləri istefaya göndərməyə çalışmasından qaynaqlanır. Qarşı tərəfin buna sərt müqaviməti ölkədə siyasi vəziyyətin kəskinləşməsinə səbəb olmaqdadır.

Qeyd edək ki, Donald Tusk Konstitusiya Tribunalı ətrafında yaranmış böhranla bağlı vətəndaşlara müraciət edib. O, məhkəmə binası qarşısında baş verən iğtişaşları pisləyib və müxalifətdəki “Qanun və Ədalət” Partiyasını ölkədə hüququn aliliyini pozmaqda ittiham edib: “Konstitusiya Tribunalının binası qarşısında şahidi olduğumuz hadisələr qəbuledilməzdir. Ümid edirəm ki, Polşada bir daha belə mənzərələrlə qarşılaşmalı olmayacağıq. Lakin sülhə aparan yol qanunsuzluğa və zorakılığa göz yummaqdan keçə bilməz. Məhkəməyə və onun hakimlərinə hücum “Qanun və Ədalət” Partiyasının, eləcə də keçmiş prezident Andjey Duda və prezident Karol Navrotskinin hüququn aliliyini məhvetmə prosesinin növbəti mərhələsidir”. Baş nazir əlavə edib ki, demokratik dövlət güclü olmalı və ədaləti təmin etmək iqtidarında qalmalıdır. Onun sözlərinə görə, hakimiyyət orqanları vəziyyəti narahatlıqla izləyir. Onu da qeyd edək ki, Polşada ən yüksək məhkəmə orqanı olan Konstitusiya Tribunalı ətrafında yaranan vəziyyət və bunun səbəbləri təkcə ölkə daxilində siyasi ziddiyyətlərdən qaynaqlanmır. Prezident və baş nazir, eləcə də hökumət və müxalifət arasında ziddiyyət, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa ittifaqının Ədalət Məhkəməsinin məsələyə münasibəti vəziyyəti daha da kəskinləşdirir. Vəziyyət Polşanın ədliyyə naziri, eyni zamanda baş prokuror vəzifəsini icra edən Valdemar Zurekin əvvəlki hökumət dövründə sağçı “Qanun və Ədalət” Partiyasından təyin edilmiş Konstitusiya Tribunalının prezidenti Bohdan Şvençkovski və onun müavini Bartoş Soçanskinin məhkəmə toxunulmazlığının ləğvini tələb etməsindən sonra gərginləşib. Bu şəxslərin məhkəmə toxunulmazlığının ləğvi onlara qarşı cinayət təqibinin başlanması üçün tələb olunur. Valdemar Zurek bildirir ki, Konstitusiya Tribunalı özəl mülkiyyətə çevrilib, məhkəmə heyətinin tərkibi sadəcə iş bölgüsü qaydalarına zidd olaraq seçilir, digər qanun pozuntularına yol verilir və hökumət onun düzgün fəaliyyətini bərpa etmək niyyətindədir. Elə bu kontekstdə Konstitusiya Tribunalının ən yüksək vəzifəli hakimi Anna Korvin-Piotrovskayanın Bohdan Şvençkovski vəzifəsindən kənarlaşdırdığı və tribunalın rəhbərliyini öz üzərinə götürdüyü məlum olub. İnsanlar bu qərara etiraz etmək üçün tribunal binasının qarşısında toplaşmağa başladılar. Onların tribunal binasına girməsinin qarşısını almaq üçün əraziyə xüsusi polis bölmələri yerləşdirildi. Məsələyə “Qanun və Ədalət” Partiyasını dəstəkləyən Polşa Prezidenti Karol Navrotski sərt reaksiya verib: “Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir”. Konstitusiya Tribunalının özü hökumətin məsuliyyətə cəlb etmək niyyətində olduğu iki hakimin qanuni olaraq bu idarəetmə orqanının ən yüksək hakimləri kimi təyin olunduğunu bildirib. Tribunalın açıqlamasında deyilir: “Bu hərəkətlərdə iştirak edən bütün şəxslər dövlət çevrilişi cinayəti törədirlər”. Ümumiyyətlə isə, Polşada siyasi rəqiblər aylardır ki, Konstitusiya Məhkəməsində hansı hakimlərin oturması ilə bağlı mübahisə edirlər. Baş nazir Donald Tusk əvvəlki hökumət tərəfindən təyin edilən hakimlərin yerinə yenilərini təyin etməyə çalışır. Amma Tuskun siyasi rəqibi, Polşa prezidenti Karol Navrotski parlament tərəfindən irəli sürülən altı hakimin üçünün təyinatını təsdiqləməkdən imtina edib. Konstitusiya Tribunalına nəzarət isə Polşada mühüm önəmə malikdir. Belə ki, Polşanın Konstitusiya Tribunalı qanunların və digər normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlayan ali konstitusiya nəzarəti orqanıdır. O, həmçinin, mərkəzi dövlət orqanlarının səlahiyyətləri barədə mübahisələrə və vətəndaşların konstitusion hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Tribunalın qərarları hamı üçün məcburidir və qətidir. Buna görə də onun tərkibi və rəhbərliyi üzərindəki nəzarət mühüm siyasi əhəmiyyət kəsb edir: məhkəmə parlament və hökumət tərəfindən qəbul edilən qanunları qeyri-konstitusion hesab edə bilər.

Konstitusiya Tribunalı ətrafında yaranan problemin kökü isə 11 il əvvələ dayanır. “Qanun və Ədalət” Partiyası tərəfindən 2015-ci ildə qurulan hökumət Konstitusiya Tribunalında çoxluğu təmin etmək üçün tez bir zamanda quruma öz hakimlərini təyin etdi. Daha sonra, Avropanın aparıcı məhkəmə qurumları - Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa İttifaqının Ədalət Məhkəməsi “Qanun və Ədalət” Partiyasının üç hakimi qanunsuz olaraq seçdiyinə qərar verdi. Ardınca Avropa məhkəmələri Polşanın Konstitusiya Tribunalının müstəqil və qərəzsiz məhkəmə orqanı olmadığını bildirdi. 2023-cü ildə hakimiyyətə gəldikdən sonra Donald Tusk hökuməti bu qərarlara əsaslanaraq tribunalın qərarlarını dərc etməyi dayandırıb. “Qanun və Ədalət” Partiyasının lideri Yaroslav Kaçinski bildirir: “Konstitusiya Tribunalı ilə bağlı vəziyyət dövlət çevrilişinin növbəti mərhələsidir. Bu, qlobal miqyasda ilk belə haldır. Polşa artıq polis dövlətinə çevrilir və oradan avtoritarizmə, daha sonra isə totalitarizmə doğru düz yoldur. Tamamilə qanuni olan vətəndaş etirazı davam etməlidir. Donald Tuskun qanunu tapdalaması heç bir sərhəd tanımır”. Baş verənləri parlament seçkiləri ilə əlaqələndirənlər də var. Polşada parlament seçkilərinin gələn il keçirilməsi planlaşdırılır və bəziləri hazırkı addımları Tuskun seçicilər arasında populyarlığını artırmaq cəhdi kimi görürlər. Amma bu hal, faktiki olaraq, ölkədə kəskin siyasi ziddiyyətə yol açıb. Varşava Universitetinin professoru Marçin Matçak bildirir: “Konstitusiya Tribunalına qarşı edilən hərəkətlər həm bu quruma, həm də növbəti iyirmi il ərzində qanunun aliliyi məsələsinə son qoydu. Konstitusiya Tribunalının qarşısında etirazlar və siyasətçilərin gərginliyi qızışdırması real təhlükə yaradır. Konstitusiya məhkəməsi tamamilə unikal bir məqsədi olan qurumdur, qanunvericilik və icra hakimiyyəti nümayəndələri ondan uzaq durmalıdırlar. Amma təəssüf ki, bunu görmürük”.

Daha bir maraqlı məqam odur ki, Polşanın Rumıniyadakı və Çindəki səfirləri Tusk hökumətini Konstitusiya Tribunalına nəzarəti qanunsuz olaraq ələ keçirmək cəhdində ittiham edərək istefa veriblər. Bu kimi hallar böhranın miqyasının daha da böyüyə biləcəyini istisna etmir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ