İran Britaniya Kral Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini "terror təşkilatları", Britaniya xarici kəşfiyyat xidməti MI6-nı isə "düşmən qrupu" elan edib.
Bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir ki, son bir ildə Böyük Britaniyanın İrana qarşı həyata keçirdiyi düşmənçilik hərəkətlərinə, məsələn, İnqilab Keşikçiləri Korpusunun 2026-cı il Dövlət Təhdidləri Qanununa daxil edilməsinə cavab olaraq, 1 noyabr 2026-cı il tarixindən etibarən Britaniya xarici kəşfiyyat xidməti MI6 düşmən qrupu hesab ediləcək. Britaniya Kral Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri isə terror təşkilatları élan edilib.
Tahir TAĞIYEV