ABŞ prezidenti Donald Tramp Amerika ordusunun İranın hərbi potensialının əhəmiyyətli bir hissəsini məhv etdiyini, lakin Vaşinqtonun yenə də bir və ya iki hədəfə zərbə endirməli olduğunu bildirib.
Onun sözlərinə görə, bu, cəmi on dəqiqə çəkə bilər.
ABŞ-da prezidenti mümkün hədəflər arasında Pikaks kimi tanınan Kolanq dağını qeyd edib. ABŞ burada İranın nüvə proqramı ilə əlaqəli dərin yeraltı möhkəmləndirilmiş kompleksin yerləşdiyinə inanır. Obyekt Natanz nüvə mərkəzinin yaxınlığında yerləşir. Tehran orada nüvə fəaliyyəti apardığını inkar edir.
"Biz onların nüvə proqramını məhv etdik. Hələ də, deyərdim ki, bir və ya iki hədəfimiz var, amma bunu on dəqiqəyə edə bilərik", - deyə Tramp bildirib.
O əlavə edib ki, ABŞ ordusu Pikaks dağına tez bir zamanda zərbə endirə bilər.
Eyni zamanda, ABŞ prezidenti Vaşinqtonun yeni hərbi əməliyyatlar görməyə tələsmədiyini vurğulayıb. O, İran tərəfinin etibarlılığını şübhə altına alsa da, İranla danışıqların uğurla davam etdiyini söyləyib.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Trampın hələ İrana qarşı yeni zərbələr barədə qərar vermədiyini və diplomatik həll yoluna üstünlük verdiyini bildirmişdi.
Tahir TAĞIYEV