Polşanın Baş naziri Donald Tusk bildirib ki, Konstitusiya Məhkəməsinin ətrafında artan münaqişə fonunda ölkədə qanunun aliliyinin bərpası üçün qətiyyətli tədbirlər görülməlidir.
Baş nazir tribunalın sədri Bohdan Svençkovskinin vəzifəsindən azad edilməsi və Anna Korvin-Piotrovskanın qurumun rəhbəri təyin edilməsi ehtimalı ilə bağlı xəbərlərdən sonra yaranmış vəziyyətə münasibət bildirib.
O açıq şəkildə prezident Karol Navrotskini dəstəkləyən Qanun və Ədalət partiyasını günahlandırıb.
"Qanunun aliliyini bərpa etmək bizim borcumuzdur. Qanun və Ədalət partiyasının illərlə davam edən qanunsuzluğundan sonra bu proses çətin, bəzən ağrılıdır və qətiyyətli tədbirlər tələb edir. Başqa yol yoxdur" – deyə Tusk sosial mediada yazıb.
Tahir TAĞIYEV