Vəziyyətlə tanış olan iki diplomatın sözlərinə görə, ABŞ rəsmiləri bir neçə Yaxın Şərq ölkəsini və regional müttəfiqlərini gələn həftə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı yenidən hərbi əməliyyatların mümkünlüyü, eləcə də İranın qisas alma ehtimalı barədə xəbərdar ediblər. Bu barədə “Associated Press” məlumat yayıb .
Diplomatlar vurğulayıblar ki, ABŞ prezidenti Tramp hələ İrana qarşı yeni zərbələr endirib-endirməmək barədə yekun qərar verməyib. Bununla belə, o, dəfələrlə bildirib ki, 3 noyabrda ABŞ-da keçiriləcək mühüm seçkilərdən sonra əlavə hərbi əməliyyatlar barədə qərar qəbul etməyi düşünür.
Diplomatlar bildiriblər ki, ABŞ regional müttəfiqlərini yeni bir hərbi əməliyyatın bir neçə gün davam edə biləcəyi barədə xəbərdar edib, eyni zamanda onlara daha uzunmüddətli münaqişəyə hazırlaşdıqlarını da bildirib.
ABŞ rəsmiləri həmçinin müttəfiqlərini İranın potensial cavab tədbirləri, o cümlədən enerji obyektlərinə və digər vacib infrastruktura hücumlarına qarşı tədbirlər görməyə çağırıblar.
Tahir TAĞIYEV