“Reuters” agentliyi ABŞ hərbi məlumatlarına istinadən xəbər verir ki, ABŞ-ın İranla müharibəyə çəkdiyi hərbi xərclər 47 milyard dolları keçib ki, bu da Pentaqonun iyul ayı üçün proqnozlarından dəfələrlə çoxdur.
Ümumi xərcin 29 milyard dollarından çoxu döyüş əməliyyatları zamanı xərclənən sursatların bərpası, daha 6 milyard dollar isə təyyarələr və dronlar da daxil olmaqla itirilmiş hərbi texnikanın yenilənməsi üçün ayrılıb. Lakin, “Reuters”in məlumatına görə, bu hesablamalar İranın raket və pilotsuz təyyarə hücumları nəticəsində zədələnmiş Amerika bazalarının təmirinin əhəmiyyətli xərclərini tam şəkildə əks etdirmir.
Müharibə xərclərinin artması ABŞ Konqresinə 3 noyabrda keçiriləcək ara seçkilərin yaxınlaşması ilə əlaqədardır. Hər iki palatada az bir çoxluğu saxlayan respublikaçılar, populyar olmayan münaqişənin siyasi nəticələri ilə mübarizə aparırlar. Qlobal enerji qiymətlərinin artması Respublikaçı namizədlərə dəstəyi və prezident Donald Trampın reytinqinə də mənfi təsir göstərir.
Tahir TAĞIYEV