ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya lideri Putin və Ukrayna lideri Zelenski ilə görüşəcəyini bildirib.
"Rusiya və Ukrayna ilə bağlı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik. Çox tezliklə görüşümüz olacaq" – deyə Tramp jurnalistlərlə görüşündə bildirib.
Trampdan "Kimlərlə görüşlər planlaşdırılır?" sualına aydınlıq gətirilməsi istənildikdə, o, "Prezident Putin və Prezident Zelenski ilə" cavabını verib.
Tahir TAĞIYEV