ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun informasiya xidmətinin məlumatlarına görə, İran yaxınlığında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz qrupu bir həftə ərzində 17-dən 21-ə qədər artıb.
ABŞ-ın iki təyyarədaşıyan gəmisi, USS George Washington və USS George Bush təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi qrup, hazırda İranın cənub-şərqində Ərəb dənizində döyüş növbətçiliyi aparır. Hər bir təyyarədaşıyan gəmidə 48 qırıcı təyyarə var. Daşıyıcılarla yanaşı, İran yaxınlığında bir kreyser, 11 idarə olunan raket esminesi və dəniz ekspedisiya batalyonu olan üç böyük amfibiya gəmisi yerləşdirilib.
Bu arada, Yəmən münaqişəsi fonunda Qırmızı dəniz bölgəsində iki Amerika idarə olunan raket esminesi yerləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin daha iki esminesi isə Hind okeanının şimal-qərbindədir.
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı bölgədə 20-dən çox Amerika hərbi gəmisi də var idi.
Tahir TAĞIYEV