Braziliya prezidenti Luiz İnasiu Lula da Silva səsvermənin ikinci turunda senator Flavio Bolsonaroya qalib gələrək yenidən seçilib,
“Folha de São Paulo” qəzeti xəbər verir ki, hazırda bülletenlərin 99,79%-i emal olunub. Lula da Silva 51,76%, Bolsonaru isə 48,24% səs toplayıb.
Hələ sayılmamış səslər Bolsonaronun hər halda fərqi azaltması üçün kifayət etməyəcək.
Daha əvvəl Datafolha adlı rəy sorğu şirkəti da Silvanın seçkilərin ikinci turunda yenidən seçildiyini bildirmişdi.
Tahir TAĞIYEV