İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) PKK-nın İran qolu olan kürd PJAK qruplaşmasının ən böyük təlim mərkəzlərindən birinə zərbə endirdiyini açıqlayıb.
Bildirilir ki, SEPAH PJAK qrupunun ən böyük toplantı və təlim mərkəzlərindən birinə qabaqlayıcı zərbə endirib.
PJAK əsasən İranda fəaliyyət göstərən və daha geniş kürd hüquqlarını müdafiə edən kürd silahlı qruplaşmasıdır. Tehran onu terror təşkilatı hesab edir.
SEPAH-nın məlumatına görə, İran qüvvələri qruplaşmanın fəaliyyətinə dair kəşfiyyat zamanı bir obyekti müəyyən edib. Mərkəzin PJAK üçün strateji əhəmiyyət kəsb etdiyi, burada döyüşçülərə təlimlər keçirildiyi məlum olub.
Tahir TAĞIYEV