Prezident Vladimir Putin Rusiyanın Avropa ilə müharibə aparmaq niyyəti barədə yayılan iddiaları "siyasi şizofreniya" adlandırıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb. Onun sözlərinə görə, əksinə, Avropa ölkələri Rusiyaya qarşı kampaniya başladıblar və daim hərbi qarşıdurmaya hazırlıqdan danışırlar. Rusiya Prezidenti ümidvar olduğunu bildirib ki, bu yanaşma dəyişəcək və Rusiyanın strateji məğlubiyyətini arzulayanlar belə bir məqsədə çatmağın qeyri-mümkün olduğunu anlayacaqlar. "Rusiya ilə sülh və harmoniya içində yaşamaq daha yaxşıdır. Bu, onların öz xalqlarının da maraqlarına uyğundur", – deyə dövlət başçısı qeyd edib.
SAMİRƏ