Cümə axşamı günü, 22 oktyabr 2026
     

Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

Image


"The Wall Street Journal" qəzetinin ABŞ və Avropa kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin NATO ölkələrinə qarşı təxribat əməliyyatlarının gücləndirilməsi barədə göstəriş verib. Məlumata əsasən, Almaniyanın Leypsiq hava limanına avqustun 4-də baş vermiş uğursuz dron hücumu bu kampaniyanın ilk addımlarından biri olub.

Nəşrin yazdığına görə, əməliyyatların məqsədi Ukraynaya dəstək verən ölkələrdə sabitliyi pozmaq, iğtişaşlar yaratmaq və Avropa dövlətlərinin Kiyevə hərbi yardımını zəiflətməkdir. Təxribatların intensivləşməsi Rusiyanın Ukraynada hərbi məqsədlərinə nail olmaqda çətinlik çəkməsi və ABŞ-la danışıqlardan gözlədiyi nəticələri əldə edə bilməməsi ilə əlaqələndirilir.

Almaniya müstəntiqləri Leypsiq hadisəsinin Rusiya hərbi kəşfiyyatı — QRU ilə əlaqəli şəxslər tərəfindən təşkil olunduğunu ehtimal edirlər. İddialara görə, şəbəkə Serbiyadan logistika mərkəzi kimi istifadə edərək dronları və partlayıcı maddələri Avropaya daşıyıb. Serbiyada bu işlə əlaqəli olduğu ehtimal edilən yeddi nəfər saxlanılıb.

Nəşr həmçinin Estoniya və Polşada dron istehsalı müəssisələrində baş verən yanğınları, Slovakiyada mümkün təxribat cəhdinin qarşısının alınmasını, eləcə də Polşa, Litva və Bolqarıstanda Starlink yerüstü stansiyalarına qarşı qeydə alınan hadisələri daha geniş təxribat kampaniyasının mümkün tərkib hissələri kimi təqdim edir.

Məlumata görə, Qərb kəşfiyyat orqanları bu əməliyyatların QRU-nun Xüsusi Tapşırıqlar Departamenti tərəfindən əlaqələndirildiyini düşünür. Bununla belə, Putinin şəxsən belə bir əmr verməsi və ayrı-ayrı hadisələrin vahid kampaniyaya aid olması barədə məlumatlar nəşrin istinad etdiyi kəşfiyyat mənbələrinin iddialarıdır.

Putinin NATO ölkələrinə qarşı təxribat əməliyyatlarını gücləndirmək barədə göstəriş verdiyi iddiaları Avropa ilə Rusiya arasında siyasi və hərbi qarşıdurmanın gələcəyinə necə təsir edə bilər və bu, NATO-nun Ukraynaya hərbi dəstəyinin artırılmasına, yoxsa Avropada təhlükəsizlik risklərinin daha da yüksəlməsinə gətirib çıxara bilər?

Azər Həsrət: "Rusiya Avropaya qarşı təxribatlara davam etsə, Ukraynada olduğundan da betər vəziyyətə düşə bilər"

Region mediası faktiki olaraq ölmüş sayıla bilər" - Azər Həsrət | Modern.az

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Avropa ölkələri, xüsusilə Fransa və Almaniya uzun illər rifah şəraitində yaşadıqlarından müharibə reallıqlarından uzaqlaşıblar. Onun sözlərinə görə, Avropada hərbi xidmətin məhdudlaşdırılması və cəmiyyətlərdə müharibəyə qarşı münasibətin güclənməsi Rusiyanın təzyiq siyasətində nəzərə aldığı amillərdəndir.

Azər Həsrət hesab edir ki, Rusiya Avropaya qarşı təxribatlar vasitəsilə cəmiyyətdə qorxu yaratmağa, Ukraynaya dəstəyin dayandırılmasına və Moskva ilə münasibətlərin bərpasına çağırışları gücləndirməyə çalışa bilər. Onun fikrincə, Avropa ictimaiyyətində bu mövqeyi dəstəkləyən müəyyən təbəqə mövcuddur.

Siyasi şərhçi Almaniyanın hərbi potensialının uzun müddət məhdud qalmasını da diqqətə çatdıraraq bildirib ki, Avropa ölkələrinin müdafiə sahəsindəki hazırlığı Rusiyanın hesablamalarına təsir edən amillərdən biri ola bilər. Bununla belə, onun fikrincə, Moskvanın bu hesablamaları yanlış nəticələrə gətirib çıxara bilər.

Azər Həsrət xatırladıb ki, Rusiya Ukraynaya hücum edərkən qısa müddətdə Kiyevi ələ keçirəcəyini və ölkədə siyasi hakimiyyəti dəyişəcəyini düşünürdü. Lakin müharibənin gedişi bu gözləntiləri doğrultmadı. Onun sözlərinə görə, Ukrayna xalqı müqavimət göstərərək paytaxtın müdafiəsini təmin etdi və Rusiyanın ilkin hərbi planlarının qarşısını aldı.

A.Həsrət vurğulayıb ki, Rusiyanın hərbi əməliyyatları və törətdiyi dağıntılar Ukrayna cəmiyyətində Moskvaya qarşı münasibətin dəyişməsinə səbəb olub. Hətta əvvəllər Rusiyaya rəğbət bəsləyən və rusdilli əhalinin yaşadığı ərazilərdə də bu münasibətin dəyişdiyini deyən Azər Həsrət qeyd edib ki, Ukrayna öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün mübarizəni davam etdirir.

Onun qənaətinə görə, Avropaya qarşı təxribatlar ilkin mərhələdə müəyyən ölkələrdə qorxu və tərəddüd yarada bilər. Lakin sonrakı mərhələdə Avropa dövlətləri birləşərək Rusiyaya qarşı daha qəti mövqe nümayiş etdirə bilərlər.

Azər Həsrət hesab edir ki, Rusiya belə bir ssenarinin mümkün nəticələrini nəzərə almalıdır. Əks halda, onun fikrincə, Moskva Ukraynada üzləşdiyi çətinliklərdən daha ağır siyasi və hərbi nəticələrlə qarşılaşa bilər.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ