İsrailin Baş naziri Binyamin Netanyahu oktyabrın əvvəlində İrana hücumları bərpa etmək niyyətində olub, lakin ABŞ Prezidenti Donald Trampın mövqeyi səbəbindən bu planlardan imtina edib.
“Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, İsrail ordusu bu ayın əvvəlində baş tutmalı olan intensiv əməliyyatlar üçün planlar hazırlayıb, lakin Tramp ABŞ-ın ara seçkilərindən əvvəl hücumların bərpasını istisna etdikdən İsrail əməliyyatları təxirə salıb.
Nəşrin məlumatına görə, İsrail əməliyyata 10 oktyabrda başlamağı və bir neçə gün davam etdirməyi planlaşdırırmış. Hədəflər İrandakı mülki infrastruktur, o cümlədən elektrik stansiyaları və nüvə obyektləri olmalı idi.
Oktyabrın əvvəlində “Axios” mənbələrə istinadən Tramp və Netanyahunun İsrail və ABŞ-da keçiriləcək seçkilərdən əvvəl İrana qarşı yeni genişmiqyaslı əməliyyat başlatmaq imkanını müzakirə etdiklərini bildirmişdi.
ABŞ-da ara seçkilər 3 noyabrda keçiriləcək. Nümayəndələr Palatasında hər bir yer, eləcə də Senatdakı bəzi yerlər təhlükə altındadır. Sorğular göstərir ki, Demokratlar Partiyası Nümayəndələr Palatasında və hər şey yaxşı gedərsə, Senatda da çoxluğu geri almaq üçün yaxşı şansa malikdir.
Tahir TAĞIYEV